Bir gündə üç ünvan!
29.11.2025 [10:17]
Böyük Qayıdış davam edir...
Xalqımızın ən acı və ağrılı tarixlərindən biri olan 30 illik qaçqınlıq dövrü artıq geridə qalıb. Demək olar ki, hər gün azad edilmiş ərazilərimizə müxtəlif ünvanlardan köç yola salınır. Qayıdışın hər addımı, hər yeni başlanğıcı həm qəlbləri fərəhləndirir, həm də ümidlərimizi canlandırır. Yüzlərlə ailə, torpaqlarına, evlərinə, illərlə həsrət qaldığı yurdlarına geri dönür.
Böyük Qayıdışın emosional yükü çox böyükdür. Dədə-baba torpaqlarından didərgin düşmüş bir xalqın öz yurduna geri dönməsi, yalnız coğrafi dəyişiklik deyil. Bu, eyni zamanda xalqımızın öz kimliyini bərpa etməsinin, tarixini yenidən yazmasının başlanğıcıdır.
İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış tarixi, dini, mədəni abidələrimiz, təbiətimiz bərpa olunur. Bu istiqamətdə Heydər Əliyev Fondu da xüsusi fəallıq göstərir, vaxtilə ermənilər tərəfindən dağıdılmış milli və mənəvi irsimizin bərpasına layiqli töhfələr verir. Fondun həyata keçirdiyi quruculuq layihələri qədim yurd yerlərimizin tarixi şöhrətini və özünəməxsus ənənələrini geri qaytarır.
Xatırladaq ki, 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” da təsdiq olunub. Ötən dövrün mənzərəsi göstərir ki, proqramda qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılır. Proqramdan irəli gələrək Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının hərəkətə gətirilməsi, azad edilmiş ərazilərdə istehsal sahələrinin yaradılması, doğma yurdlarına geri dönən keçmiş məcburi köçkünlərin məşğulluq imkanları, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi məsələlər də diqqət mərkəzində saxlanılır.
İnfrastruktur yenidən qurulur...
Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün ilk növbədə, möhkəm iradə və strateji yanaşma lazımdır. Dövlətimiz isə bu işin öhdəsindən lazım olduğu kimi gəlir. Bu proses yalnız evlərin tikilməsi və infrastrukturların bərpası ilə məhdudlaşmır. Kənd təsərrüfatı, turizm və sənaye sahələrinin inkişafı üçün xüsusi proqramlar hazırlanır ki, yerli əhali yalnız evlərinə qayıdaraq, eyni zamanda iqtisadi həyatlarını da yenidən qura bilsinlər.
İnfrastruktur sahəsində böyük layihələr həyata keçirilir. Yolların bərpası, su və enerji təminatının gücləndirilməsi, təhsil və səhiyyə müəssisələrinin yenidən qurulması üçün mühüm layihələrə başlanılıb. Dövlətimizin bu istiqamətdə atdığı bütün addımlar, həmçinin beynəlxalq aləmdə də Azərbaycan Respublikasının mövqeyini gücləndirir. Həm yerli, həm də xarici investorların işğaldan azad edilmiş ərazilərə diqqət yetirməsi, iqtisadiyyatın bərpası və sosial sabitliyin təmin olunmasında mühüm rol oynaya bilər.
Üç ünvan, 62 ailə, yeni həyat...
Dünən işğaldan azad olunmuş üç fərqli ünvana köç yola salınıb. Ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr Ağdam rayonunun Xıdırlı kəndinə, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə yola salınıb. Bu mərhələdə Xıdırlı kəndinə 13 ailə, 48 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə 55 nəfər, Məmmədbəyli kəndinə isə 33 ailə - 177 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı bərpa işləri nəhəng və əzəmətli quruculuğun parlaq nümunəsidir. Prezident İlham Əliyevin qətiyyəti, əzmi və xüsusi qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır. Ölkə başçısının azad edilmiş ərazilərə hər səfəri yeni obyektlərin təməllərinin atılması və inşaat işlərinin yekunlaşdırılması ilə əlamətdar olur. Bütün bunlar, o cümlədən Böyük Qayıdış bu il də sürətlə davam etdirilib. Bərpa edilməkdə olan müxtəlif yaşayış məskənlərinə keçmiş məcburi köçkünlərin dönüşü təmin olunub. Bütövlükdə 2025-ci il Böyük Qayıdış proqramının həyata keçirilməsi istiqamətində uğurlu mərhələ hesab olunur. Hər birimiz bu mərhələnin növbəti illərdə də uğurla, əzmlə və böyük ruh yüksəkliyi ilə davam edəcəyinə əminik...
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

