Yaxın 20 ildə paytaxt necə inkişaf edəcək?
17.01.2024 [12:27]
Mübariz ABDULLAYEV
Bakının Baş Planı ictimaiyyətə təqdim olundu
Son illərdə paytaxt Bakının meqapolis kimi inkişafı şəhərin perspektiv inkişafını özündə ehtiva edən və konseptual olaraq əsaslandırılmış Baş Planının işlənib hazırlanmasını zərurətə çevirmişdi. Artıq bununla bağlı ictimaiyyət və müvafiq qurumlar səviyyəsində aparılan müzakirələrə son qoyulub. Bir qədər bunda əvvəl Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planı təsdiqləndi. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Yanvarın 16-da isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətində Baş Planın ictimaiyyət üçün təqdimatı keçirilib. Tədbirdə rəsmi şəxslər, şəhərsalma mütəxəssisləri, memarlar, tanınmış ictimai xadimlər, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Təqdimatda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev öz çıxışlarında təqdim edilən sənədin mahiyyəti, konsepsiyası və şəhər həyatında ediləcək dəyişikliklər barədə söhbət açıblar.
Tədbirdə paytaxtımızın Baş Planının təsdiq edilməsinin təqdirəlayiq hal olduğu, şəhərin inkişafı istiqamətində mühüm əhəmiyyəti vurğulanıb. İştirakçılar tərəfindən dayanıqlı şəhər mühiti, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur və digər mühüm tədbirlər haqqında ətraflı müzakirələr aparılıb.
Paytaxtın əsas ərazi-planlaşdırma sənədi
İctimaiyyətə təqdim olunan Baş Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalib “AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb. “AS+P Albert Speer +Partner Gmbh” şirkəti tərəfindən Baş plan layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.
Təqdimatda çıxış edən mütəxəssislər Baş Planın yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədi olmasına xüsusi diqqət çəkiblər. Bu mühüm sənəd şəhərin mövcud vəziyyəti və ehtiyaclarının təhlili əsasında müasir şəhərsalma yanaşmaları əsasında tərtib edilib.
Təqdimatda bildirildiyi kimi, Baş Plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, “hibrid yaşıl dəhlizlərin” yaradılması ilə ətraf mühitin təmizlənməsi, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Sənədlə bunlarla yanaşı, icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir.
Şəhərin perspektiv inkişaf prioritetləri
Bildirildiyi kimi, 4 vacib hədəfə əsaslanan Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Bunlar aşağıdakılardır:
-Şəhərin dayanıqlı inkişafı,
-Şəhər və ətraf mühitin bərpası,
-Memarlıq irsinin qorunması,
-Yeni şəhər iqtisadiyyatının formalaşdırılması.
Eyni zamanda, hər prioritet üzrə konkret hədəflər müəyyənləşdirilib. Məsələn, şəhər və ətraf mühitin bərpası prioritetinə nəzərə salaq. Bakıda ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi keçmiş sənaye dövrünün mirasıdır. Dərin təhlil əsasında Bakının Baş Planında göllər və torpaqların rekultivasiyası ilə bağlı növbəti 20 ildə ekoloji reabilitasiya üçün prioritet istiqamətlər müəyyən edilib.
“Hibrid Yaşıl Dəhlizlər” Baş Planın əsas konseptual sütunlarıdır və müxtəlif funksiyaları özündə birləşdirir: şəhərdə havanın keyfiyyətinin və mikroiqliminin yaxşılaşdırılması; piyadalar üçün küçə mühitini yaxşılaşdırmaqla şəhərin müxtəlif hissələrini birləşdirərək piyada gəzintini və velosiped istifadəsini təşviq etmək; yaşıllıqların genişləndirilməsi və əlavə “yaşıl” istirahət zonalarının yaradılması və s.
Yeni şəhər iqtisadiyyatının formalaşdırılması prioriteti əsasən yeni trendlərin, innovasiyaların şəhər həyatına gətirilməsini özündə ehtiva edir. Bura müasir sənaye sahələrinin və yeni sektorların yaradılması, Bakının regionun ən yaxşı turizm məkanına çevrilməsi, mədəni-kütləvi tədbirlərin təşviqi, yaradıcı və neo-ənənəvi sahələrin dəstəklənməsi, xidmətlərin rəqəmsallaşdırılması, şəhərin və ölkənin ahəngdar inkişafının təmin edilməsi hədəfləri daxildir.
Üç kateqoriyada təsnifləndirilən şəhər mərkəzləri
Bakının perspektivdə çoxmərkəzli paytaxt kimi inkişaf etdirilməsi Baş Planda diqqət çəkilən əsas yeni konseptual yanaşmalardan biridir. Baş Plan çərçivəsində mərkəzlər üç kateqoriyaya bölünüb:
- Əsas şəhər mərkəzi (Mərkəzi Planlaşdırma Rayonu),
- Regional mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt),
- Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan).
Bakının Mərkəzi Planlaşdırma Rayonunun (1 031,4 ha) yaradılmasında məqsəd təklif olunan ərazi üzrə konkret tikinti norma və qaydalarının tətbiq edilməsi ilə mərkəzi Bakının özünün tarixi hüdudları daxilində ahəngdar inkişafının təmin edilməsidir. Mərkəzi Planlaşdırma Rayonunun Xüsusi mühafizə zonası (425 ha) tarixən formalaşmış planlama sxeminə malik, cəmləşmiş memarlıq və tarixi abidələrin yerləşdiyi, habelə əhalinin daha çox istirahət, əyləncə və xidmət məkanı kimi istifadə etdiyi ərazidir. Xüsusi mühafizə zonası Mərkəzi Planlaşdırma Rayonunun əsasını təşkil edən mühüm planlaşdırma elementidir.
Regional Mərkəzlər Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Regional şəhər mərkəzlərinin mövcud/planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur.
Alt-mərkəzlər Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu mərkəzlərlə əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30

