İqtisadi sferada yeni layihələr...
22.12.2023 [10:50]
Ticarət dövriyyəsi 8 milyard dollara yaxınlaşır
Dünən Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu işə başlayıb. Forum Ümummilli Liderin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunub. Tədbirin təşkilatçıları İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyidir.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak ediblər. Qeyd olunub ki, iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olunub. Eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Bir sıra sənəd imzalandı...
Daha sonra forum çərçivəsində AZPROMO ilə TÜİB arasında Fəaliyyət Planı imzalanıb. Fəaliyyət Planında iki ölkə arasında ticarət və investisiya həcmini artırmaq, əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub.
Bundan başqa, “DO-DEM” MMC ilə “Multipak Ambalaj” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək. “Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanmış sənədə uyğun olaraq şirkət tərəfindən Azərbaycanda otel tikiləcək.
33 faizdən çox artım...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında sözügedən qorumun əhəmiyyəti barədə danışıb. O, qeyd edib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: “Nəzərə alsaq ki, Türkiyə ticarət dövriyyəsinin həcminə görə, Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır. Artıq iki ölkə arasında ticarət dövriyyəsi 8 milyard dollara yaxınlaşır. Bu il ərzində dövriyyədə 33 faizdən çox artım qeydə alınıb. Bütün bunlar ondan xəbər verir ki, Türkiyə bir tərəfdən Azərbaycanın strateji tərəfdaşıdır, digər tərəfədən isə ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin genişlənməsi müşahidə olunur. Bu konteksdən yanaşsaq, dünən keçirilən forum iki ölkə arasındakı strateji və iqtisadi münasibətlərin genişlənməsi baxımından vacib idi”.
12 milyard dollarlıq investisiya...
V.Bayramovun sözlərinə görə, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya qoyuluşunu həyata keçirib, eyni zamanda Türkiyədə 12 milyard dollarlıq investisiyaya cəlb olunub: “Forumun əsas məqsədlərindən biri məhz investisiya qoyuluşlarının artırılması və qarşılıqlı şəkildə sərmayə qoyuluşlarını həyata keçirmək, bütövlükdə iki ölkə arasındakı iqtisadi əlaqələrin daha yaxından dəstəklənməsinə nail olmaqdan ibarətdir. Ona görə də bu tədbir bir tərəfdən iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə, iqtisadi sferada yeni layihələrin reallaşmasına, birgə sərmayə qoyuluşların, həyata keçirilməsinə imkan verəcək. Beləliklə, Azərbaycan və Türkiyə iş adamlarının bir araya gəlməsi və anlaşmaların imzalanması, birgə layihələrin reallaşması istiqamətindəki atılan addımlar iki qardaş ölkənin daha da yaxınlaşmasına, iqtisadiyyatlarının yaxından dəstəklənməsinə şərait yaradacaq”.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

