Neft, qaz, indi isə elektrik enerjisi ixracı...
20.10.2023 [11:03]
Müstəqilliyimizin ilk illərində Azərbaycanda elektrik enerjisi ilə təchizat sahəsində vəziyyət arzuedilən deyildi. Respublikamızda istehsal həcmləri iqtisadiyyatın və əhalinin istehlakını qarşılayacaq səviyyədən çox aşağı idi. Mövcud generasiya obyektləri az olmaqla yanaşı, həm də fiziki və mənəvi cəhətdən köhnəlmişdi. Ötürücü və paylayıcı şəbəkələrdə də tez-tez problemlər yaşanırdı. Son 20 ildə Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi güclü siyasi iradə, onun imzaladığı Fərman və sərəncamlar əsasında böyük həcmlərdə investisiya qoyuluşu hesabına vəziyyəti köklü şəkildə dəyişmək mümkün olub. Aparılan ardıcıl islahatlar, görülən tədbirlər nəticəsində Azərbaycanın elektrik enerjisini idxal edən ölkədən ixracatçıya çevrilməsi son dərəcə qürurvericidir.
M.ABDULLAYEV
Yeni generasiya güclərinin yaradılması
Son 20 ildə respublikamızın enerji müstəqilliyinin təmin olunmasında, Azərbaycanın ixracatçı ölkəyə çevrilməsində davamlı olaraq yeni generasiya güclərinin yaradılması müstəsna rol oynayıb. Bəhs olunan dövrdə ölkəmizdə təxminən 30 elektrik stansiyası tikilərək istifadəyə verilib. Onların arasında böyük stansiyalardan “Cənub” (təxminən 800 meqavat), “Səngəçal” (300 meqavatdan çox), “Sumqayıt” (525 meqavat), “Şimal-1” (400 meqavat), “Şimal-2” (400 meqavat) kimi infrastruktur obyektlərini xüsusi fərqləndirə bilərik. Eyni zamanda, 2020-ci il 25 iyun tarixində “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Əsaslı şəkildə bərpadan sonra İES-in 2400 meqavat generasiya gücü bərpa edilib və onun ömrü 50 ilədək uzadılıb. Yaradılan yeni infrastruktur obyektlərinin sayəsində Azərbaycanın hazırkı ümumi elektrik enerjisi istehsalı gücünü 7954 MVt-a çatdırmaq mümkün olub. Energetika Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 mln. kVt·st artaraq 21 538,6 mln. kVt·st təşkil edib.
İxrac həcmləri artır
Ölkəmiz 2023-cü ilin ötən 9 ayında 1 841,8 mln. kVt·st elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 2,3% çoxdur. Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan 1,8 mlrd. kVt-sat elektrik enerjisi ixrac edib. KİV-ə açıqlama verən sabiq maliyyə naziri Fikrət Yusifov respublikamızdan elektrik enerjisinin ixracının artmasını milli iqtisadiyyatımızın genişlənməsi və qeyri-neft sektorunun dinamik inkişafı kontekstində dəyərləndirib. Son 20 ildə Azərbaycanın iqtisadiyyatının 4 dəfədən çox böyüyünü bildirən Fikrət Yusifov vurğulayıb: “Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan Ümumi Daxili Məhsulun nominal həcmi 16 dəfəyə qədər, dövlət büdcəsinin gəlirləri 30 dəfəyə qədər, Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları 67 dəfədən çox artıb. Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının son 20 ildəki ümumi mənzərəsini əks etdirən əsas göstəricilərdir”.
Sabiq nazir bildirib ki, ötən 20 il ərzində ölkə iqtisadiyyatın real sektorunun üstün artımı təmin edilməklə, qeyri-neft sektorundan ixracın həcmi də sürətlə artıb. O, fikirlərinə davam edərək vurğulayıb: “2022-ci ildə real sektordan ixracın həcmi 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq ilk dəfə olaraq 3 milyard ABŞ dollarını ötə bildi. Son illər Azərbaycanda elektrik enerjisi istehsalının və onun ixracının sürətli artımı baş verir. Biz artıq regionun ən etibarlı elektrik enerjisi təchizatçılarından birinə çevrilə bilmişik. Energetika Nazirliyinin məlumatlarına nəzər salmaq yetərlidir ki, son 14 ildə elektrik enerjisi ixracı sahəsində hansı inqilabi dəyişikliklərin baş verdiyini əyani şəkildə görə bilək. 2022-ci ildə Azərbaycan $121 milyon 598,37 min dəyərində 1 milyard 711 milyon 432,88 min kVt.saat elektrik enerjisi ixrac edib. Ölkəmizdən 2022-ci ildə Rusiyaya $3 milyon 644,23 min dəyərində 91 milyon 529,56 min kVt.saat, Gürcüstana - $33 milyon 213,97 min dəyərində 551 milyon 878,8 min kVt.saat, Türkiyəyə - $79 milyon 267 min dəyərində 964 milyon 453,7 min kVt.saat, İrana - $5 milyon 473 min dəyərində 103 milyon 571,21 min kVt.saat elektrik enerjisi ixrac olunub”.
Yeni enerji dövrünə keçid
Yaranan qlobal çağırışlara uyğun olaraq Azərbaycan artıq enerji siyasətinin yeni mərhələsinə - “yaşıl enerji” dövrünə qədəm qoyub. Ekspertlərin bildirdiklərinə görə, alternativ mənbələrdən enerji istehsalı növbəti beş ildə dünya üzrə 50 faiz artaraq 2025-ci ildə elektrik istehsalının 33 faizini təşkil edəcək. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Son illərdə bu potensialdan səmərəli şəkildə istifadə olunması məqsədilə xarici sərmayələr cəlb edilməklə bir neçə layihənin icrasına başlanılıb. “Bərpa olunan enerji resurslarının yetərincə geniş olduğu ölkəmiz “yaşıl enerji” istehsalını və onun ixracını sürətlə artırmaq kimi hədəflər müəyyən edib. Bu istiqamətdə atılan ən real addımlardan biri 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin imzalanması oldu. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin digər hissəsinə nəql ediləcək.
Beləliklə, Azərbaycan Avropanın yalnız qaz təchizatında deyil, elektrik enerjisi təchizatında da layiqli yer alacaq. Bu isə Azərbaycana iqtisadi dividendlərlə yanaşı, siyasi dividendlər də qazandıracaq”, - deyə Fikrət Yusifov bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

