ƏDV-dən azaddır!
20.05.2023 [11:30]
Yerli avtomobillərin istehsalı təşviq edilir
Nicat Dilqəmli
Yerli avtomobil istehsalının təşviq edilməsi, ümumilikdə avtomobil sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələrin intensivliyi son illər ərzində daha da artıb. Görülən tədbirlər sırasında müasir texnologiyaların tətbiqi, beynəlxalq təcrübənin mənimsənilməsi, eyni zamanda, xarici şirkətlərlə qarşılıqlı əməkdaşlıq, güzəştlərin tətbiqi kimi bir çox məsələlər önəmli yer tutur. Bu yerdə təkcə bu ay ərzində avtomobil sənayesinin inkişafı istiqamətində iki mühüm hadisəni xüsusi qeyd etməkdə fayda var. Məsələn, bu ay təməli qoyulan Azərbaycan-Özbəkistan birgə avtomobil zavodu ölkəmizdə qeyri-neft sektorunun inkişafı, istehsalın lokallaşdırılması və bir çox digər istiqamətlərin inkişafı üçün yeni bir mərhələ sayıla bilər. “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən Prezident İlham Əliyevin də bu barədə fikir söyləməsi təsadüfi deyildir. Dövlətimizin başçısı Özbəkistan Prezidenti ilə keçirilən görüşlər zamanı əldə olunmuş razılaşmaların, o cümlədən avtomobil istehsalı sahəsində həyata keçirilən işlərin də əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.
May ayı ərzində yerli istehsalın təşviq edilməsi məqsədilə atılan daha bir mühüm addım Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı verilən qərardır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq. Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.
Ümumiyyətlə, hələ 2018-ci ilin martında açılışı baş tutan, investisiya dəyəri 25 milyon manat olan “Xəzər” avtomobil zavodunu genişmiqyaslı tədbirlərin başlanğıc nöqtəsi hesab etmək olar. Zavod “AZƏRMAŞ” ASC ilə “Iran Khodro” ASC arasında 2016-cı il aprelin 21-də imzalanan əməkdaşlıq memorandumunun əsasında yaradılıb. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunda Avropanın aparıcı ölkələrinin və İran İslam Respublikasının müasir texnologiyaları və avadanlıqları quraşdırılıb. Hazırda ölkəmizdə minik avtomobillərinin yeganə istehsalçısı olan Neftçala avtomobil zavodunda müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun illik istehsal gücü 10 min avtomobildir.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 64,6% artıb. İstehsalda artım ilə bərabər anbarlarda yığılan hazır avtomobillərin sayı 2023-cü ilin ilk 2 ayındakı istehsal sayından çoxdur. Belə ki, 01.03.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 465 ədəd təşkil edib. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 164 ədəd traktor, 112 ədəd yük avtomobili istehsal olunub. İstehsal müvafiq olaraq 2,8 dəfə və 2,2 dəfə artıb. 01.03.2023-cü il vəziyyətinə traktor üzrə hazır məhsul ehtiyatı 16 ədəd, yük avtomobilləri üzrə 9 ədəd olub.
Minik avtomobillərinin satışının ƏDV-dən azad olunması ilə bağlı edilən təklif nəqliyyat ekspertləri tərəfindən də müsbət qiymətləndirilir. Qeyd edilən təklifin ölkənin avtomobil sənayesinə təsirləri barədə fikirlərini bölüşən nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, bu kimi addımlar sürücüləri yerli və yeni avtomobillər almağa üstünlük verməyə stimullaşdırır: “Bu, dövlət tərəfindən atılan müsbət bir addımdır. İstər hazırkı qərar, istərsə də yaşı on ildən çox olan avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı məhdudiyyət insanları yerli avtomobillər almağa üstünlük verməkdə stimullaşdırır”.
Nəqliyyat eksperti hazırda bu sahədə mövcud olan bəzi boşluqlar barədə də danışıb. E.Muradlı hesab edir ki, yerli avtomobil istehsalçıları təkmilləşdirmə işləri ilə bərabər reklam, marketinq, menecment kimi məsələlərə də xüsusi diqqət yetirməlidirlər: “Azərbaycanda avtomobil sənayesinin inkişafı yeni-yeni dirçəlməyə başlayır. Bu, daha çox Neftçalada qurulan şirkətin fəaliyyətindən sonra özünü göstərdi. Bundan əvvəl Naxçıvan Avtomobil Zavodunda yığılan avtomobillər müəyyən dövrdə reytinq qazandı. Sonradan isə həmin zavodda istehsal səviyyəsi bir xeyli azaldı, aşağı düşdü. İndi yenidən dirçəlməyə çalışır. Daha çox “Azsamand” avtomobilləri istehsal edən Şamaxı Avtomobil Zavodu var idi. Lakin istehsal etdiyi avtomobillərin tez bir zamanda sıradan çıxması və bu kimi digər səbəblərdən sıradan çıxdı. İndi İranla müştərək fəaliyyət göstərdiyimiz “Xəzər” şirkəti var. Təəssüf ki, bu avtomobillər barədə də sürücülər arasında müsbət fikirlər dolaşmır. Yerli istehsal olduğuna görə bir qədər başdansovdu yanaşma özünü göstərir, təkmilləşdirmə işlərinə diqqət yetirmirlər. Digər bir önəmli məqam isə bu şirkətlərin reklam bazarında olmağa maraq göstərməmələridir. Digər ölkələrin avtomobil şirkətləri reklam bazarına daxil olmaq, müştərilərin inamını qazanmaq üçün bütün imkanlarını səfərbər edirlər, amma yerli istehsalçılar bu məsələdə maraqlı deyillər. Yəni insanları inandıra bilmirlər. Marketinq şöbəsi yoxdur, menecment bərbad vəziyyətdədir. Bu məsələlərə mütləq şəkildə diqqət yetirilməlidir”.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10

