Bakıda toplanır...
01.06.2022 [10:07]
Xəzər hövzəsi regionunda ən nüfuzlu platforma
MÜBARİZ
Son vaxtlarda Bakıda, Şuşada və respublikamızın digər bölgələrində sərgilərin, festivalların, məhsul bayramlarının keçirilməsi bir növ ənənə halını alıb. İzdihamlı, qonaq-qaralı keçən bu tədbirlərdə ölkəmizin iqtisadi potensialı, mədəni zənginliyi, tarixdən gələn ənənələrimiz təqdim olunur, iştirakçılar arasında yeni tərəfdaşlıq münasibətləri qurulur. Bu gündən başlayaraq paytaxtımız iyunun 4-dək daha bir möhtəşəm tədbirə - Bakı Enerji Həftəsinə (“Baku Energy Week”) ev sahibliyi edəcək.
Dünyanın gözü yenidən Azərbaycan paytaxtında
Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu və mötəbər platforma sayılır. Bakı Enerji Həftəsi öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edəcək. Foruma qatılan ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərir. Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi bir daha təsdiqləyir. Bu sırada “ACWA Power”, BP, “Equinor”, “Masdar”, INPEX, “Turkiye Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”, “TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI Drilling”, AZFEN, “Baku Steel Company”, “Caspian Drilling”, “Caspian Marine Services Limited”, “Ernst & Young”, “Global Energy Azerbaijan Management”, “Tekfen” kimi nüfuzlu şirkətlər yer alır. “Bos Shelf”, “Gazprombank”, “Equinor”, “Schlumberger” və digər şirkətlər də iştirakçılar arasındadır.
Tədbir çərçivəsində İkitərəfli Biznes Görüşləri (B2B), bir sıra aktual mövzularda sessiyaların keçirilməsi nəzərdə tutulub.
Ənənəvi beynəlxalq Xəzər Neft və Qaz sərgisi
Azərbaycan müstəqillik əldə etdikdən bəri Bakıda ənənəvi olaraq Beynəlxalq Xəzər Neft və Qaz sərgisi təşkil olunur. Sərgi bütün dünyada böyük nüfuz qazanıb. Transmilli şirkətlərin nümayəndələri, ekspertlər sərgi çərçivəsində bir araya gələrək enerji sektorunda qlobal trendlər və çağırışlar barədə fikir mübadiləsi aparır, həmçinin yeni perspektiv layihələri müzakirə edirlər. İndiyədək burada gələcək əməkdaşlığa dair çoxsaylı memorandumlar, müqavilələr imzalanıb.
Azərbaycan rəhbərliyi Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin təşkilini və keçirilməsini həmişə diqqət mərkəzində saxlayıb. Zamanında “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. Hər il Prezident İlham Əliyevin açılış mərasiminə qatılması sərginin yüksək statusunu bir daha təsdiqləyir. Bir qayda olaraq ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri sərgi iştirakçılarına öz təbrik məktublarını ünvanlayırlar.
Bu ilki “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən energetika sənayesinin liderlərini bir araya gətirəcək. Sərgidə Almaniya, Rumıniya, Rusiya milli pavilyonla iştirak edəcək. Bu ilin yenilikləri arasında bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma memorandumları, yaşıl hidrogen və ixrac məsələləri yer alacaq. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini, bir sıra digər nailiyyətləri nümayiş etdirəcək.
10 illik yubiley
Bakı Enerji Həftəsi daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, tədbir çərçivəsində 10-cu Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji “Caspian Power” 2022 sərgisi keçiriləcək. Yubiley sərgisinin ekspozisiyası beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində ən son təkliflərini təqdim edəcək. Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Qarabağda işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” ilə təmini üçün bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcək.
Qeyd edək ki, Azərbaycan yüksək bərpa olunan enerji potensialına malik bir ölkədir. Respublikamızın bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən, 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasıdır.
Enerji forumu
Bakı Enerji Həftəsinin ən mühüm tədbirlərindən biri Bakı Konqres Mərkəzində baş tutacaq. Söhbət Bakı Enerji Forumundan gedir. Verilən məlumata görə, bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25 mövzusu daxildir. Plenar iclas “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub. Forumda qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq. Tədbirin məruzəçiləri arasında Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri, Moldova və Serbiyanın baş nazir müavinləri, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF), ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri, SOCAR, BP, TPAO, “Equinor”, “Uniper”, “Tenaris”, “TotalEnergies”, “Masdar”, “ACWA Power” və digər enerji sektorunun şirkət rəhbərlərinin çıxışları yer alacaq.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

