Heydər Əliyev

Политика

Политика

План «Б»…

20 Май 10:37

Внешняя политика

yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sərhədlər açılır?

Sərhədlər açılır?

14.05.2022 [10:20]

Deputat: Karantini uzada, sərhədləri aça bilərlər

Nicat PAŞA

Bütün dünyanı cənginə bürüyən koronavirus pandemiyası səbəbindən bir çox məhdudiyyətlərlə üzləşməli olduq. Qadağalardan biri də quru sərhədlərin bağlanması oldu. Gediş-gəliş ölkəmizdə artıq 2 ildir ki, hava nəqliyyatı vasitəsi ilə reallaşır.

Yoluxma hallarında müşahidə edilən azalmalar səbəbi ilə Operativ Qər?rgah tərəfindən tətbiq edilən məhdudiyyətlərin əhəmiyyətli hissəsi aradan qaldırıldı. Lakin buna baxmayaraq, quru yolla gediş-gəliş qadağası hələ də qüvvədədir. Qarşıdan yay mövsümü gəlir. Azərbaycan isə turistlərin üz tutduğu ölkələr siyahısında hər zaman ilk yerlərdə qərarlaşıb. Statistikaya nəzər yetirdikdə məlum olur ki, ölkəmizə əsasən Rusiyadan olan turistlər maraq göstərirlər. Belə ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faizdən çox əcnəbi və vətəndaşlığı olmayan şəxslər gəlib. Gələnlərin 30 faizi Rusiya Federasiyası, 28,2 faizi Gürcüstan, 10,6 faizi Türkiyə, 5,8 faizi İran, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Küveyt, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan və Pakistan, 1,1 faizi Türkmənistan, 0,9 faiz? İraq, hər birindən 0,8 faiz olmaqla Böyük Britaniya və İsrail, 7,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olublar. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Son günlər quru sərhədlərin açılması məsələsi aktual olaraq qalır. Mətbuatda sözügedən məsələ ilə bağlı müxtəlif təkliflər yer alır. “Operativ Qərargahın may ayının sonu, iyun ayının əvvəllərində quru sərhədləri açmaq, gediş-gəlişi bərpa etmək fikri var”. Bu fikirləri mətbuata açıqlamasında quru sərhədlərin açılması məsələsinə münasibət bildirərkən millət vəkili Musa Quliyev deyib.

Deputat artıq sərhədləri açmağın mümkün olduğunu bildirib: “Azərbaycanda yay ayları turizm sezonu sayılır, turistlər də öz işlərini planlamalıdırlar. Əlaqələr möhkəmlənməli, insanlar digər ölkələrə işləri ilə əlaqədar getməli, iş adamları bura gəlməlidirlər. Rusiya, Türkiyə ilə insanlarımızın əlaqələri var, onların gediş-gəlişləri yaxşılaşdırılmalı, rahatlanmalıdır. Mən hesab edirəm ki, daha bir təhlükə yoxdur, qonşu ölkələrdə də pandemiya sona yetmək üzrədir. Məncə, sərhədləri açmaq olar. Payız vaxtına bəzi hallar təkrar olunmasa, artıq biz pandemiyadan qurtarmış sayılacağıq”.

Milli Məclisin üzvü deyib ki, ölkədə karantinin müddətini uzatsalar da, quru sərhədləri müəyyən variantlarla açmaq olar: “Karantini uzada, amma sərhədləri aça bilərlər. Sərhəddə tibb məntəqələri, yoxlamalar təşkil edə bilərlər. Yəni bunun variantları var. Sərhədi tam qapatmaq yox, yarıaçıq rejimə də keçirmək olar”.

Hər bir halda quru sərhədlərin açılması yay turizminin inkişaf etməsinə, ölkəmizə üz tutmaq istəyən turistlərin sayının artmasına, nəticədə isə daha çox kapitalın daxil olmasına səbəb olacaq.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31