Azərbaycanda regionun ən iri sement zavodu inşa ediləcək
30.03.2010 [08:15]
Bu gün sürətlə inkişaf edən, həyata keçirilən sosial-iqtisadi islahatlar siyasətinin nəticəsi olaraq dünyada birnömrəli islahatçı ölkə kimi tanınan Azərbaycan yalnız neft ölkəsi deyil, eyni zamanda, investorlar üçün münbit şərait yaradan, heç bir maneəyə rast gəlmədən xarici şirkətlərə azad fəaliyyət göstərməyə imkan verən, özəl sektorun tərəqqisinə hərtərəfli yardım göstərən dövlət kimi tanınmaqdadır. Qeyri-neft sektorunun inkişafı istiqamətində “bir pəncərə” sisteminin tətbiqi, sahibkarların müstəqil fəaliyyətini təmin edən mexanizmlərin işə salınması özəl sektorun Azərbaycanın iqtisadiyyatında mühüm pay sahibi olmasına gətirib çıxarıb.
Bu baxımdan da, müstəqil Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması, ölkəmizin bütün sahələrdə davamlı yüksəlişə nail olması, qlobal böhran şəraitində qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləməsi, məhz özəl sektora göstərilən dövlət qayğısının nəticəsidir. Artıq bütün dünya bilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyri-neft sektorunun tərəqqisi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması məqsədilə sahibkarlığın inkişafına xüsusi qayğı ilə yanaşır.
Onu da qeyd etmək yerinə düşər ki, son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni zavod və fabriklərin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması özəl biznesin inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olub. Azərbaycanın hər bir yerində yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması ilə yanaşı, ciddi infrastruktur və sənayeləşdirmə layihələrinin həyata keçirilməsi göz qabağındadır. Son illər ərzində açılmış iş yerləri, həmçinin, artırılan əməkhaqları və təqaüdlər əhalinin gəlir səviyyəsini yaxşılaşdıraraq, iqtisadiyyatın digər sahələrinin sürətlə inkişafına təkan verib. Təbii ki, bu inkişaf özünü sement istehsalı və istehlakı sahəsində də göstərir. Belə ki, ölkəmizdə sement istehlakı 1997-ci ildə 0,5 milyon ton olduğu halda, 2008-ci ildə 4,3 milyon tona qədər artıb. 2006-2008-ci illərdə istehlakın artımı hər il 20-25 faiz təşkil edib. Gələcəkdə sement istehlakının daha da artacağı və 10 il ərzində 8 milyon tondan artıq olacağı gözlənilir. Daxili bazarda istehsalın məhdud olması, eləcə də, təklif və tələb arasında olan disbalans sementin qiymətinə və keyfiyyətinə öz təsirini göstərir.
Belə vəziyyətdə idxal olunan sementin əvəzinə yerli xammaldan yüksək keyfiyyətli sement və digər inşaat materiallarının istehsal edilməsi özəl sektorun inkişafı üçün cəlbedici və eyni zamanda, məsuliyyətli bir sahəyə çevrilir. Xüsusilə qeyd edək ki, maliyyə böhranının dünyanı cənginə aldığı və dünya iqtisadiyyatını sarsıtdığı bir dövrdə Azərbaycanın özəl şirkəti olan “Norm MMC” tərəfindən regionun ən iri sement zavodu layihəsinin həyata keçirilməsi buna bariz nümunədir. İstehsal gücü gündə 5000 ton klinker, ildə isə 2 milyon ton sement olan bu yeni sement zavodunun inşası ölkəmizin artan iqtisadi qüdrətindən xəbər verir.
Hazırda zavodun inşası ilə bağlı şirkət tərəfindən elan edilmiş tender özünün yekun mərhələsinə daxil olub. Qeyd etmək lazımdır ki, layihənin icrası ilə bağlı bu günədək müxtəlif istiqamətlərdə böyük həcmdə işlər görülüb. Belə ki, ilkin bazar araşdırmalarından başlayaraq, zavodun tikintisi üçün məsləhət xidmətlərinin beynəlxalq miqyasda tanınmış və təcrübəli məsləhətçiyə həvalə edilməsi, layihənin həyata keçirilməsi üzrə strukturun tərtib olunması, tikintini həyata keçirmək üçün “Açar Təslimi” kontraktı üzrə tenderinin elan olunması, zavodun inşası üçün tələb olunan ərazinin və xammal yataqlarının alınması, topoqrafik planaalma və geoloji kəşfiyyat işlərinin tamamlanması, qruntun tədqiqi, xammal ehtiyatlarının hesablanması və zavodun infrastruktur layihələrinin işlənib hazırlanması kimi mühüm addımlar atılıb. Bununla yanaşı, ətraf kənd və qəsəbələrdə sosial araşdırmalar aparılıb, rəy sorğusu keçirilib, sakinlər, bələdiyyə və ictimai birliklərin, o cümlədən, dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçirilib. Bu görüşlərdə zavodun inşası ilə bağlı fikir mübadiləsi aparılıb, zavodun inşası ilə bağlı müsbət rəy ifadə edilib və zavodun ətraf qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafına rəvac verəcəyi vurğulanıb.
“Qızıldaş Sement” zavodunun mühəndis-layihələndirmə və “Açar Təslimi” əsasında tikintisi ilə əlaqədar 16 fevral 2009-cu il tarixdə tenderin elan edildiyi gündən etibarən şirkət rəhbərliyinə inşaat və sement sektorunda uzun illər ərzində çalışmış, təcrübəli mütəxəssislər cəlb ediliblər. Belə ki, Direktorlar Şurasının Sədr müavini vəzifəsinə vaxtilə Lafarj şirkətinin Rusiya Federasiyası, Mərkəzi və Şərqi Avropada Texniki Hazırlıq üzrə Direktoru vəzifəsində çalışmış cənab Murat Ali Soylu dəvət edilib. Şirkətin Baş Direktoru vəzifəsinə Türkiyənin OYAK sənaye qrupuna daxil olan Adana, Bolu və Mardindəki sement zavodlarında 35 ildən artıq çalışmış və mühəndis-texnoloq vəzifəsindən bu zavodların direktoru vəzifəsinədək yüksəlmiş cənab İsmail Erkovan təyin edilib.
Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regionunun ən iri sement zavodu kimi fəaliyyət göstərəcək “Qızıldaş Sement” zavodu ən müasir tələblər səviyyəsində tikiləcək və fəaliyyəti zamanı ən qabaqcıl texnologiyalardan istifadə olunacaq. Beləliklə, zavodun inşası və istismarı zamanı “Ətraf Mühitin mühafizəsi”, “Atmosfer havasının mühafizəsi”, “Ekoloji təhlükəsizlik”, “İstehsalat və məişət tullantıları”, “Su təchizatı və kanalizasiya” haqqında Azərbaycan Respublikasının Qanunvericiliyində göstərilən normativ aktlara riayət olunması üçün zəruri amillər nəzərə alınaraq, bu istiqamətdə mühüm tədbirlər görüləcək.
Belə ki, zavod ətrafında yaşıl landşaft zolağının salınması, istismar zamanı soyuducudan çıxan qazlar üçün elektro-filtr, sement dəyirmanları üçün torbalı filtrlər, müxtəlif sexlərdə anbarların və köməkçi avadanlıqların tozsuzlaşdırılması üçün torbalı filtrlərdən istifadə, ətraf qəsəbələrə səsin yayılmasının qarşısının alınması, zavoddan axıdılacaq çirkab sularının müasir qurğular vasitəsilə təmizlənərək yenidən istifadə olunması planlaşdırılır.
Müəssisənin istehsal gücü şirkətə gələcəkdə Cənubi Qafqazdakı və Xəzər dənizi regionundakı qonşu ölkələrin sement bazarında özünəməxsus yer tutmaq imkanı verəcək.
“Qızıldaş Sement” müəssisəsinin əsas istehsal sahələri üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Bakı-Supsa, Bakı-Ceyhan və s. boru kəmərlərinin öz başlanğıcını götürdüyü Səngəçal Neft Terminalından şimal-qərb istiqamətdə 3 km aralı yerləşən sahə ayrılıb. Zavod ərazisinə mühəndis-kommunikasiya xətlərinin çəkilməsi üçün koridorun ayrılması ilə bağlı ARDNŞ, bp-nin idarə etdiyi Səngəçal Terminalı və Səngəçal-Qaradağ Neft-Qaz Terminalının rəhbərlikləri və mütəxəssisləri ilə məsləhətləşmələr aparılıb və razılıq əldə edilib.
Layihə üzrə Texniki Məsləhətçi, eləcə də, layihələşdirmə və icraata nəzarətin aparılması üçün dünyada 200-ə yaxın müasir sement zavodu layihələşdirib icra etmiş, təcrübə və potensialına görə, dünyada ilk onluğa daxil olan Holtec Konsaltinq şirkəti cəlb olunub.
“Qızıldaş Sement” zavodunun istismara verilməsi üç mərhələdə həyata keçirilsə də, 2012-ci ilin ortalarında birinci mərhələnin başa çatdırılacağı və sementin ilk partiyasının istehsal ediləcəyi planlaşdırılır. Birinci mərhələdə ildə 2 milyon ton portland sement istehsal edən xətt işə salınacaq və tamponaj sementin (neft sənayesi üçün) istehsal texnologiyası sınaqdan keçiriləcək. Maraqlıdır ki, hal-hazırda Azərbaycanda tamponaj sement istehsal edilmir. Məhz bu səbəbdən ARDNŞ və digər neft şirkətləri onu xaricdən idxal edir.
İkinci və üçüncü mərhələlərdə istehsal gücü ildə 4 milyon ton olan əlavə iki xəttin inşası nəzərdə tutulur. Bu xətlərin inşasının birinci mərhələ tamamlandıqdan sonra növbəti bir neçə il ərzində başa çatdırılacağı planlaşdırılır.
Beləliklə də, istehsal gücü ildə 6 milyon ton portland sement təşkil edəcək “Qızıldaş Sement” zavodu Azərbaycanda və bütün Xəzər dənizi regionunda bu məhsulun ən nəhəng istehsalçısına çevriləcək. Respublikanın sementə olan daxili tələbatının böyük həcmi ödənilməklə, ölkənin sementlə bağlı xarici bazarlardan asılılığını azaldacaq və yüzlərlə insanın iş yerilə təmin edəcək zavodun fəaliyyəti ölkə iqtisadiyyatına müsbət töhfələr verəcək.
Zavodun inşasının iqtisadi təsirləri ilə yanaşı, sosial və ekoloji təsirlərini də qeyd etmək zəruridir. Belə ki, tikinti, ilk növbədə, zavodətrafı sahələrdə infrastrukturun inkişafına və yerli əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradacaq. Bununla yanaşı, zavod ətraf mühiti çirkləndirən tullantılardan sement istehsalında istifadə etməklə, ətraf mühitin bərpasına xidmət edəcək və hazırda əhəngdaşı tullantıları ilə örtülmüş təxminən 10 min ha ərazi isə tullantılardan təmizlənəcək.
Qeyd edək ki, zavodun inşası ölkə iqtisadiyyatı üçün böyük nailiyyət sayıla bilər və bütün nailiyyətlərimizin əldə olunmasının səbəbi respublikamızda aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi və qətiyyətidir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10
