Respublikamız 2010-cu ildə stabil inkişaf tempini qoruyub saxlayacaq
05.03.2010 [09:58]
Beynəlxalq Valyuta Fondu (BVF) 2009-cu ildə MDB və Şərqi Avropa dövlətləri içərisində ən yüksək inkişaf tempinə malik olan ölkə kimi Azərbaycanı müəyyənləşdirib. Fond ötən il bir çox ölkələrin iqtisadiyyatında mənfi meyillərin gücləndiyini və onların qlobal iqtisadi resessiyalar nəticəsində geriləməyə məruz qaldığını, amma Azərbaycanın həmin mənfi fəsadlara tab gətirdiyini və davamlı iqtisadi artıma nail olduğunu xatırladıb. BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Omes bildirib ki, Mərkəzi Asiya və Qafqaz regionunda əsas neft ixracatçıları olan dövlətlərin maliyyə sektorunda ciddi mənfi tendensiyalar hiss olunub, bu, daha çox Qazaxıstanda müşahidə edilib, amma digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu kimi hallar özünü göstərməyib.
BVF-nin missiya rəhbəri deyib ki, Azərbaycan dünyadakı böhran meyillərindən yan keçməyə müvəffəq olub. Bunun nəticəsidir ki, daxili maliyyə bazarı sabit qorunub saxlanılıb. Ninke Omes hesab edir ki, respublikamızda həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində 2010-cu ildə stabil inkişaf tempi qorunub saxlanılacaq. Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial idarəetmə sahəsindəki islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verəcək. Respublikamız inkişaf dinamikasına görə Avropa miqyasında əsas aparıcı dövlətlərdən olacaq.
BVF-in proqnozlarına əsasən, 2010-cu ildə ümumilikdə, dünya iqtisadiyyatının bərpa meyilləri nəzərə çarpacaq. Bu proses xüsusilə də, regionun neft ixrac edən ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərəcək. Nəticədə, neft sektorunda canlanmanın baş verməsi bu sahəyə yenidən böyük həcmdə kapitalların yönəldilməsinə səbəb olacaq. 2010-cu ildə dünya iqtisadiyyatının bir sıra sahələrində nisbi artım meyilləri gözlənilsə də, bəzi ölkələrdə böhranın fəsadları davam edəcək. Belə ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyəti əvvəlki kimi böhran meyilləri ilə bağlı iqtisadi geriləməyə məruz qalacaq. Postsovet ölkələrində cüzi artım baş verəcək, amma böhran həmin dövlətlərdə ən azı 4-5 faiz iqtisadi geriləmənin müşahidə edilməsinə səbəb olacaq. 2010-cu ildə daha çox iqtisadi geriləmə Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistanda qeydə alınacaq. Ermənistan böhranın zərərlərini ən çox hiss edən ölkə kimi iqtisadi cəhətdən dözülməz vəziyyətə düşəcək. İqtisadiyyatında 15 faizdən çox geriləmə proqnozlaşdırılan Ermənistanda tənəzzülün uzun müddət davam edəcəyi istisna olunmur.
BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (üDM) artım tempi 5 faizdən artıq olacaq ki, bu da ümumilikdə Avropa iqtisadiyyatının inkişaf göstəricisindən 2-3 dəfə artıq deməkdir. Avropa dövlətlərinin iqtisadi inkişaf dinamikası üzrə orta göstəricisi 1-2 faiz proqnozlaşdırılır. Hətta bir sıra Avropa dövlətlərində inkişaf tempi 1 faizdən də aşağı gözlənilir. Xüsusilə də, Macarıstan, Latviya, Polşa, çexiya, Rusiya, Slovakiya, Fransa və digər dövlətlərin iqtisadiyyatında artım tempi 1 faizə bərabər olacaq.
Beynəlxalq Valyuta Fondu ölkəmizdə bank sektorunun inkişafı üzrə həyata keçirilən strategiyanı da dəstəkləyir. Eyni zamanda, hökumətin milli valyutanın sabit məzənnəsinin saxlanması ilə bağlı həyata keçirdiyi pul-kredit siyasətinin mühüm töhfələr verəcəyinə əminliyini bildirir.
BVF respublikamızda maliyyə sabitliyinin əsas indikatorlarından biri kimi strateji valyuta ehtiyatlarının yüksək olmasını göstərir. Belə ki, son 6 ildə Azərbaycanda strateji valyuta ehtiyatlarının 4,8 dəfə artması və Mərkəzi Bankın milli valyutanın stabilliyini qoruyub saxlaması makroiqtisadi inkişafa stimul verib. Eyni zamanda, Mərkəzi Bankın pozitiv irəliləyişlərə nail olması bank bazarında funksional və idarəetmə siyasətinin səmərəliliyindən xəbər verir. Mərkəzi Bank düşünülmüş monetar siyasət yürütməklə valyuta bazarını gərginlikdən xilas edə bilib və digər ölkələrdən fərqli olaraq Azərbaycanda valyutanın devalvasiyası baş verməyib. Nəticədə, Azərbaycanın milli valyutası xarici dönərli valyutalar ilə müqayisədə bir qədər də möhkəmlənib.
BVF ölkəmizin maliyyə, bank, qiymətli kağızlar bazarının da inkişaf perspektivlərinin ürəkaçan olduğunu proqnozlaşdırır. Ninke Omesin fikrincə, maliyyə bazarının inkişafı ilə bağlı aparılan uğurlu iqtisadi siyasət Azərbaycanın kapital bazarına potensial investorların cəlb olunması üçün faydalı olacaq. BVF-nin proqnozlarına görə, Azərbaycanda makroiqtisadi sabitlik ümumi iqtisadi inkişafı təmin etməklə bir çox sahələrdə - investisiya qoyuluşu, daxili sərmayələrin həcminin artması, infrastruktur və kommunikasiya layihələrinə kapital yönəldilməsi kimi bölmələrdə inkişafın da davamlılığına zəmin yaradacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25

