Fermerlərə problem yaradan kimlərdir?
31.10.2009 [11:25]
Bu gün respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım meyilləri müşahidə olunsa da, məhsulun satış bazarı və istehsalçıların mənfəət əldə edə bilməməsi ilə əlaqədar problemlər müşahidə edilməkdədir. Məlumdur ki, əksər məhsulların istehsalı ən yüksək səviyyəyə çatıb. Lakin buna baxmayaraq, onu becərən mülkiyyətçi zərərlə işləyir. Bunu bir neçə subyektiv amillərlə səciyyələndirən kənd təsərrüfatı mülkiyyətçiləri əsas problem kimi istehsal olunan məhsulları bazarlarda sata bilmədiklərini bildirirlər. Onlar həm də bazara nəzarət edən inhisarçıların paytaxta öz məhsulunu gətirən kəndlini yaxın buraxmadıqlarından şikayətləniblər.
Məhsul bol olsa da fermerlər zərərlə işləyir...
Kənd təsərrüfatı məhsulları istehsalçılarının fikrincə, onlar öz məhsullarını bazarda sata bilmədiklərindən ucuz qiymətə “alverçilərə” vermək məcburiyyətində qalırlar. Neçə illərdir ki, bu problemlə üzləşən fermerlər məhsullarını çölə atmağa məcbur olurlar. ötən il kartof və soğan yetişdirən mülkiyyətçilər həmin məhsulları sata bilmədiklərindən bu il əkinə maraqları azalıb və nəticədə 2009-cu ildə həmin məhsulların istehsalı aşağı düşüb. Hazırda isə meyvə-tərəvəz yetişdirən mülkiyyətçilər belə bir aqibəti yaşamaqdadır. Dünyada şöhrəti ilə tanınan Qubanın sinab, cırhacı, sarıturş, turş, palmet kimi qədim şöhrətə malik meyvə növləri inhisarçıların bazardakı qeyri-sağlam rəqabəti ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Vaxtilə Qubada bağçılıqla məşğul olan insanlar ildə 200 min ton meyvə istehsal edirdi. Hazırda isə bu rəqəm 100 min tondan da aşağıdır.
14 min hektardan çox meyvə bağında məşğul olan 10 min nəfərdən çox insanın bütün ilboyu min bir əziyyətlə yetişdirdiyi bol məhsulun alıcısı yoxdur. Alverçilər palmet almasının yeşiyini 7-8 manata, smerenko almasının yeşiyini isə 10 manata alırlar. Halbuki, həmin meyvənin 1 kq-ı bazarda 2 manata satılır. Demək, 35 kq-lıq yeşikdəki məhsulu alverçilər 10 dəfə baha satırlar. Xurmanın 1 kq-ı ( əla sort) bazarda 1 manatdan aşağı olmadığı halda rayonlarda bu məhsulu 15 qəpikdən də qəbul etmirlər. Əksər bağ sahibi məhsulu ağacın başında saxlayır, onu yığmaq istəmir. Xaçmaz konserv zavodu, Quba konserv müəssisəsi və digər emal müəssisələri isə malın “üzünə belə baxmır”. Beləliklə, alma, armud, xurma çaya atılır. Mülkiyyətçilər artıq yeni ildə məhsul yetişdirmək barədə düşünmürlər. çünki bu il hər biri ən azı 500-1000 manat ziyana düşüb. Onların dərman preparatları üçün və digər məsrəfləri 1000 manatı ötüb. Bu gün bağçılıqla məşğul olanları dərman preparatları ilə monopolist “EMA” şirkəti təchiz edir. Fermerlər deyirlər ki, bu şirkətin satdığı dərman preparatları çox keyfiyyətsizdir, qiyməti isə bahadır. Şimal zonasındakı bütün mülkiyyətçilərin “EMA” şirkətinə dərmana görə borcları var. Fermerlər mineral gübrələr, kimyəvi maddələr, motor yağları və dizelə görə hökumət tərəfindən onlara ayrılmış hər hektara görə 40 manat subsidiyanı ala bilmədiklərindən narazılıq edirlər.
İsmət Abbasov: Subsidiyalarla bağlı nöqsanlara yol verənlər barəsində ciddi ölçü götürüləcək
Qeyd olunan problemləri və bölgələrdə məhsulların alınmasında meydana çıxan çətinlikləri kənd təsərrüfatı naziri İsmət Abbasov da təsdiq edib. Nazir bildirib ki, bir sıra rayonlarda fermerlər istehsal etdikləri malların satış problemi ilə üzləşiblər. “Bir neçə il əvvələ kimi respublikamızda kənd təsərrüfatı mallarının qıtlığı ilə qarşılaşırdıq, indi isə istehsalın yüksək artımı məhsul bolluğuna səbəb olub. Buna görə də rayonlarda çalışan fermerlər məhsullarını satmaqda çətinlik çəkirlər” Nazirin fikrincə, bir sıra hallarda emal müəssisələri məhsulu ucuz qiymətə aldığından onlar mallarını satmaq istəmirlər. Amma, bununla belə, bölgələrdə emal müəssisələri, tədarük məntəqələri və soyuducu anbarların sayı azlıq təşkil etdiyindən fermerlərin məhsulları xarab olur. İsmət Abbasov qeyd edib ki, bir neçə müddətdir rayonlarda tədarük məntəqələri və soyuducu anbarların yaradılması istiqamətində işlər aparılır. Soyuducu kameraların sayı çoxaldıqdan sonra fermerlər mövcud problemlərlə üzləşməyəcəklər.
Kənd təsərrüfatı naziri fermerlərə çatmalı olan subsidiyaların verilməsi mexanizmlərinə toxunarkən qeyd edib ki, bu vəsaitlər rayonlarda yaradılmış xüsusi komissiyaların təqdim etdikləri siyahı üzrə verilir. Belə ki, həmin komissiyalar hansı mülkiyyətçiyə subsidiya verilməli olduğu və onlara çatacaq vəsaitlərin həcmi barədə təqdimatlar göndərir. Bundan sonra subsidiya verilməli olan vətəndaşların siyahısı müəyyən edilir. Maliyyə Nazirliyi vəsaitlərin bank hesablarına köçürülməsini təmin etdikdən sonra subsidiyalar ünvanına çatdırılır. Nazir subsidiyaların verilməsində gecikmələrin olması və bir sıra mülkiyyətçilərin bu prosesdən kənarda qalması ilə bağlı halların araşdırılacağını və bu faktlar təsdiq olunduqdan sonra bu işdə səlahiyyətə malik olan şəxslərin cəzalandırılacağına əmin edib. İsmət Abbasov, həmçinin, gübrələrin və mineral maddələrin verilməsində nöqsanların olması barədə daxil olan şikayətlərin də araşdırılacağını söyləyib. O, Quba və Xaçmazda fəaliyyət göstərən mülkiyyətçilərə gübrələrin dəyərindən baha qiymətə satılması və eyni zamanda, dərman vasitələrinin təminatında iştirak edən “EMA” şirkətinin yüksək qiymətlər təyin etməsi barədə məsələlərin də nəzarətə götürüləcəyini vəd edib. Nazir kimyəvi preparatların və gübrələrin verilməsi üçün mülkiyyətçilərin siyahısının tərtib edilməsində də rayon icra hakimiyyətlərinin tabeçiliyində yaradılmış komissiyaların təqdimatlarının əsas götürüldüyünü xatırladıb. Kənd təsərrüfatı naziri bu məsələ ilə şəxsən məşğul olacağını və bu prosesdə kim nöqsanlara yol veribsə onların barəsində ciddi ölçü götürüləcəyini, müvafiq orqanlara bununla bağlı məlumatlar veriləcəyini bəyan edib.
Xaricdən gətirilmiş cins heyvanların 75-i tələf olub
İsmət Abbasov Azərbaycana xarici ölkələrdən gətirilmiş cins heyvanların tələf olması ilə bağlı məsələyə də aydınlıq gətirib. Xatırladaq ki, bu ilin mart ayında Almaniyadan ölkəmizə gətirilmiş cins damazlıq heyvanlar “Aqrolizinq” SC tərəfindən may ayından etibarən fermerlərə güzəştli qiymətlərlə satılıb. Fermerlər bir baş heyvanı pulunu təxminən 3 il müddətində ödəməklə, 1800 manata alıblar. Fermerlər bu vəsaitin yarısını əvvəlcədən, qalanını isə 3 il ərzində hissə-hissə ödəyəcəklər. Bir baş heyvanın 3600-3800 manat təşkil edən qiymətinin 50 faizini isə dövlət ödəyib. İsmət Abbasov bildirib ki, Almaniyadan Azərbaycana 770 baş damazlıq heyvan gətirilib və müxtəlif rayonlarda yaşayan fermerlərə verilib. Nazirin fikrincə, indiyədək 75 baş cins heyvan tələf olub. Onların əksəriyyətinə qidalanma ilə bağlı normal qulluq göstərilsə də heyvanların ölümünə fermerlər tərəfindən səhlənkarlıq və baytarlıq xidmətinin lazımi qaydada həyata keçirilməməsi səbəb olub. Fermerlər heyvanların saxlanması və zootexniki qulluqla bağlı qaydalara əməl etməyiblər. Monitorinqlər zamanı bəzi yerlərdə mülkiyyətçilərin heyvanları lazımi şəraitdə saxlamadığı halları üzə çıxıb. Onların saxlandığı döşəmə taxtadan olmalı olduğu halda, betondandır. Xaricdən gətirilən inəkləri saxlamaq üçün yerli inəkdən 2 dəfə artıq xərc tələb edilir, amma fermerlər ona adi inəklər kimi yanaşırlar. Bu heyvanlar yerli şəraitə tam uyğunlaşmadığından gündə 3 saata qədər örüşə buraxılmalıdır. Bəzi yerlərdə onları 7-8 saat çöldə saxlayırlar. Eyni zamanda, Dövlət Baytarlıq Xidməti heyvanlara tələb olunan səviyyədə baytar xidməti göstərməyib. Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyi rayonlarda baytar və zootexniklərin çatışmazlığından da narahatdır. Son illərdə baytar və zootexnik işləmək istəyənlərin sayı azalmaqda davam edir.
Qeyd olunan vəziyyətin ciddiliyini nəzərə alaraq KTN-in mütəxəssisləri müvafiq araşdırmalar aparıblar. Nazir bu məsələdə günahkar olan şəxslərin cəzalandırıldığını bildirib.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
