Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qida Təhlükəsizliyi Agentliyinin sədri qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyə verib

Qida Təhlükəsizliyi Agentliyinin sədri qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyə verib

18.05.2018 [09:30]

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə sahibkarlarla görüşüb.
Bu barədə AZƏRTAC-a agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən açıqlama verilib.
Sərgidə iştirak edən “Özdad” MMC, “Gilan Holdinq” və digər şirkətlərin nümayəndələrini dinləyən agentliyin sədri, qida təhlükəsizliyi sahəsinin ölkə başçısının birbaşa diqqətində olduğunu vurğulayıb, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb.
Sədr, həmçinin müasir standartlara cavab verən, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyə verib.
Q.Təhməzli agentlik tərəfindən gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları və qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sahibkarları məlumatlandırıb.

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30