"Böyük iyirmilik" enerji marşrutlarının diversifikasiyasını vacib sayır
29.09.2009 [10:23]
ABŞ-ın Pitsburq şəhərində keçirilən “Böyük iyirmiliy”in (G-20) sammitində birgə kommunike imzalansa da tədbirdə nəzərdə tutulan hədəflərin perspektiv həlli istiqamətində ümidverici addımların atılması müşahidə olunmayıb. Xatırladaq ki, əsas müzakirə mövzusu dünya maliyyə böhranından çıxış yolları ilə bağlı olan sammitdə dünyanın inkişaf etmiş supergüclərinin rəhbərləri yenə də vahid mövqedən çıxış etməyiblər. Fikir ayrılıqları şəraitində başa çatan tədbirdə G-20 ölkələri böhrana qarşı mükəmməl konsepsiyanın detallarını hələ də hazırlamaq iqtidarında olmadıqlarını nümayiş etdiriblər. Məlumat üçün bildirək ki, G-20 ölkələri böhran başlayandan indiyədək üç dəfə - 2008-ci ilin noyabrında Vaşinqtonda, 2009-cu ilin aprelində Londonda və bir neçə gün əvvəl Pitsburqda zirvə görüşləri keçiriblər.
Yeri gəlmişkən, “Böyük iyirmiliy”in Vaşinqton və London sammitlərində də böhranla bağlı müzakirələrdə ciddi mübahisələr müşayiət edilmişdi və hər bir ölkənin marağı özünü qabarıq şəkildə büruzə vermişdi. Bu səbəbdən G-20 ölkələri böhranın təsirini azaldan effektiv tədbirləri gerçəkləşdirə bilmirlər. Məsələn, apreldə keçirilən toplantıdan yarım il keçsə də varlı dövlətlər və nəhəng maliyyə institutları vəd etdikləri məbləği kasıb ölkələrə çatdıra bilməyib. Qeyd edək ki, London sammitində iqtisadi problemlərin həlli üçün inkişafdan qalan və iqtisadi cəhətdən zəif ölkələrə, eyni zamanda, böhrana qarşı digər tədbirlərin reallaşmasına 5 trilyon dollar ayrılması barədə qərar qəbul edilib. Bu məbləğin təxminən 20 faizi (1,1 trilyon dollar) Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun payına düşür. Lakin bu günə kimi həmin vəsaitin heç 5 faizi belə nəzərdə tutulan istiqamətlərə yönəldilməyib. Hər iki qurum indiyədək müxtəlif dövlətlərə ümumilikdə 20 milyard dollara yaxın (nəzərdə tutulan vəsaitin 2 faizi) pul verib. Avropa Mərkəzi Bankı da bu məsələdə konkret bir iş görə bilməyib. Eləcə də inkişaf etmiş ölkələrin nəzərdə tutduğu 250 milyard dolların 6 aylıq kvotasının (70 milyard dollar) bir senti belə kasıb ölkələrə çatdırılmayıb.
“Böyük iyirmilik” ölkələri Pitsburq görüşündə yenidən həmin məsələyə diqqət çəkib və borc içində üzən dövlətlərə varlı ölkələrin yardım göstərməsi təşəbbüsünü irəli sürüblər. Lider ölkələr hesab edir ki, dünya dövlətləri arasında natarazlığı azaltmaqla dünya iqtisadiyyatını yenidən təşkil etmək mümkündür. Bu məqsədlə yenidən maliyyə vəsaitlərinin ayrılması qərara alınıb. Lider dövlətlər, eyni zamanda, açıq bazarı və ixracatı, eləcə də yerli inkişaf mənbələrini dəstəkləyəcəklərini vəd ediblər. G-20 ölkələrinin rəhbərlərinin fikrincə, ilk növbədə maliyyə-bank sektorunda ciddi dönüş yaradılmalıdır. Bank əməliyyatları daha şəffaf olmalıdır. Banklara verilən bonuslara məhdudiyyətlər tətbiq edilməli, habelə, maliyyə-kredit sahəsində fəaliyyət göstərən şirkətlərdə çalışanların mükafat və bonusları onların qurumlarının üzunmüddətli perspektivdəki fəaliyyəti ilə bağlı olmalıdır. Bundan başqa, maaşların ödənilməsi prosesində şəffaflıq maksimum artırılmalıdır. Fransa isə təklif edib ki, dünya maliyyə sisteminin təkmilləşdirilməsi məqsədi ilə maliyyə bazarlarının özünütənzimləmə prinsipinə son qoyulmalıdır. Bu qərar maliyyə bazarlarında şəffaflığın və məsuliyyətin, o cümlədən, reytinq agentlikləri, banklar, investisiya fondları, onları idarə edənlərin, dövlət məmurlarının məsuliyyətinin artırılmasına səbəb ola bilər.
G-20 liderləri böhrana qarşı hazırlanmış bir neçə ssenarini də irəli sürüb və həmin ssenarilərdə dünya iqtisadi böhranının - 2010-cu ilin sonu 2011-ci ilin əvvəlində başa çatmasını nəzərdə tutan təkliflər yer alıb. Müzakirə zamanı dünya iqtisadiyyatındakı inhisarçılıq və spekulyasiyalara son qoyulması barədə tələblər də səsləndirilib. Eyni zamanda, maliyyə böhranının aradan qaldırılması ilə yanaşı, iqlim dəyişiklikləri, qlobal istiləşmə, hazırda dünya ölkələri üçün fəlakətə çevrilmiş qlobal soyuqlaşma, ətraf mühitə buraxılan reaktiv maddələrin təsiri və digər problemlərin həlli ilə bağlı təkliflər nəzərdən keçirilib. Pitsburq sammitində dünyanın enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müzakirələrə də geniş yer verilib. Enerji marşrutlarının diversifikasiyası, qarşılıqlı əməkdaşlıq, azad rəqabət mühiti və digər məsələlərin müzakirəsi zamanı neft və qaz tədarükçüsü olan dövlətlərin rolu da qiymətləndirilib. Enerji təhlükəsizliyində zəngin təchizatçı dövlətlərin, xüsusilə də Xəzər və Mərkəzi Asiya regionu ölkələrinin verdiyi töhfə də diqqətdən kənarda qalmayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

