/ / Ziyad Səmədzadə: Yol xəritələrinin başlıca məqsədi Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin etməkdir
Ziyad Səmədzadə: Yol xəritələrinin başlıca məqsədi Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin etməkdir
08.12.2016 [10:11]
Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olub. Bu barədə “Trend”ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, bu mərhələnin əsas xüsusiyyətləri ondan ibarətdir ki, qloballaşan dünya iqtisadiyyatında çox böyük sarsıntılar baş verir: “Bu sarsıntılar ölkələrin iqtisadi potensialını zəiflədir, sosial gərginliyə səbəb olur. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, dünya bazarında neftin qiymətləri çox sürətlə aşağı düşüb. Qiymətlərin aşağı düşməsi neft hasil edən ölkələrin gəlirlərinə də mənfi təsir göstərib. Belə bir şəraitdə hər bir ölkə, o cümlədən Azərbaycan yeni çağırışlara uyğun olaraq öz iqtisadi siyasətində müəyyən dəyişikliklər etməyi vacib sayır”.
Azərbaycanda son illərdə bilavasitə dövlət başçısının təşəbbüsü ilə iqtisadi islahatların dərinləşməsi üçün konkret addımların atıldığını deyən Z.Səmədzadə bildirib ki, bununla bağlı kifayət qədər Sərəncam imzalanıb: “Bu sərəncamlarda da iqtisadi fəallığı artırmaq, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını aşağı salmaq, daxili bazarı qorumaq, milli iqtisadiyyatı inkişaf etdirmək, ölkənin iqtisadi təhlükəsizliyinə təsir edən pul, kredit, valyuta sistemində tarazlığın təmin olunması ilə əlaqədar görülən tədbirlər öz əksini tapıb. Bütün bunlar ona yönəlib ki, bu şok vəziyyət, qlobal sarsıntılar, dünya iqtisadiyyatında baş verən xoşagəlməz meyillər, neft gəlirlərinin aşağı düşməsi ilə bağlı iqtisadiyyatımıza dəyən ziyan azalsın. Ona görə Prezidentin təşəbbüsü ilə müvafiq strukturlara mart ayında yol xəritələrinin hazırlanması tapşırılıb. Həmin strukturlar da bunu hazırlayıb”.
Yol xəritələrinin hazırlanması ilə bağlı keçirilən bir neçə iclasda iştirak etdiyini deyən komitə sədri hesab edir ki, strateji yol xəritələri Prezidentin Fərmanında sadalanan istiqamətlər üzrə hazırlanıb: “Hazırlanan sənədlər mütərəqqi prinsiplərə, metodlara əsaslanır. Başlıca məqsəd ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin edilsin, keyfiyyətli həyat, iqtisadi inkişaf göstəricilərinə nail olmaq üçün yeni imkanlar açılsın. Hesab edirəm ki, bu sənədlərin hazırlanması və Prezident tərəfindən imzalanması çox müsbət addımdır. Şübhəsiz ki, hədəflər dəqiqləşdiriləcək. Bu istiqamətdə konkret işlər görülür. Hər bir hədəfin ünvanlı olması, onun maliyyə resursları ilə təmin edilməsi imkan verəcək ki, Azərbaycanın gələcəyə istiqamətlənmiş strategiyası daha dəqiq olsun və reallıqlara cavab versin”.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

