Ekspertlər islahatlar nəticəsində manatın yenidən dəyər qazanacağını proqnozlaşdırırlar
14.01.2016 [09:28]
Həyata keçirilən tədbirlər bank-maliyyə bazarında sabitliyin yaranmasını təmin edəcək
Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış edir. Həyata keçirilən davamlı islahatlar isə müəyyən olunmuş hədəflərə çatmaq üçün strateji zəmin formalaşdırır. Amma bütün bunlara rəğmən, müəyyən siyasi səbəblərdən dünya iqtisadiyyatında baş verən geriləmələr, o cümlədən qlobal maliyyə bazarında cərəyan edən neqativ tendensiyalar bir sıra ölkələr kimi Azərbaycana da təsir edib. Xüsusilə də, ötən ilin sonunda neftin qiymətinin ucuzlaşmasının davam etməsi Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçidlə nəticələndi və bu, milli valyutamız olan manatın dollar və avroya nisbətdə ucuzlaşmasına gətirib çıxardı. Buna baxmayaraq, bank-maliyyə bazarında sabitliyin təmin olunması və manatın yenidən dəyər qazanması üçün müvafiq tədbirlər görülür, islahat xarakterli addımlar davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu məsələyə toxunaraq “Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada, ilk növbədə, siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək”, - deyib.
Ekspertlərin qənaətinə görə, bu istiqamətdə görülməsi nəzərdə tutulan tədbirlər ümumilikdə Azərbaycan manatının valyuta bazarında öz dəyərini artırmasına şərait yaradacaq. Əlbəttə, ölkənin malik olduğu iqtisadi potensial və maliyyə imkanlarının bazasında diversifikasiya olunmuş iqtisadiyyatın qurulması və resursların qeyri-neft sektorunun kapitalizasiyasına yönəldilməsində maliyyə-bank sektoru müstəsna rol oynayır. Bu mənada atılan addımlar, görülən tədbirlər devalvasiya dövründə nominal dəyərini itirmiş milli valyutanın güclənməsinə təkan verir. Ölkədə dövlət quruculuğu istiqamətində həyata keçirilən davamlı iqtisadi islahatlar, yeridilən düzgün pul-maliyyə siyasəti nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və yüksək templi iqtisadi artım manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin sabitliyinin və onun daxili dönərliliyinin təmin edilməsinə yol açır.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27

