Kitab sevincləri
12.09.2026 [08:50]
Bakıda da olur. Və bizi birləşdirir...
Hər il Dublin Kitab Festivalının dəb və istiqamətləri dəyişir. Bu il festivalın iyirmi illiyi olacaq, amma proqram müxtəlif istiqamətlərdə o qədər zənginləşib ki, ilk baxışdan hətta yoruculuq da yarada bilər.
Dublin Kitab Festivalı təkcə kitaba fokuslanmır, kitab ətrafı elə “qurğular qurur” ki, xırda elementlərə fikir verməmək olmur. Məsələn, builki hesabatlarda belə bir nəticəyə gəliblər ki, Dublin Kitab Festivalı fərqli istiqamətdə yazmağı öyrədib - xüsusilə, fantastika tərəfdə yeni yazı, məzmun, axtarış imkanları açılıb. İrlandiya Ədəbiyyatını dünyaya tanıdıblar. Ələlxüsus, qadın müəlliflərin sayı, uğuru xeyli artıb. O qədər ki, qadınlar bədii ədəbiyyat mükafatlarının qalibi olub, onların əsərləri əsasında çəkilmiş seriallar Avropanın məşhur telekanallarında efirə gedib. Beləcə, ayrı-ayrı kitab və müəlliflər daha da populyarlaşıb. Bu əsərlər tarixi irsdən ailəyə, sosial münasibətlərdən köklü dəyişikliklərə qədər bir çox mövzuları əhatə edərək, dünyanın diqqətini cəlb edə bilib.
Festivalın proqramına nəzər saldıqca təşkil edilən tədbirlər üzrə şaxələnmənin kitabdan “qaçmaqla” kitaba cəlbetmə cəhdlərini görməmək mümkün deyil. Bir neçə istiqaməti sadalayaq: İncəsənət, Qayıq turu, Ailə və uşaq proqramı, Film, Tarix, İrland dili, Təbiət, Qeyri-bədii əsərlər, Şeir, Peşəkar inkişaf, Elm həftəsi, Gəzinti və sair.
Əsas, kitabdan sonrakı xatirələrdir, kitab özü isə gerçək...
Kitabın ətrafına toplaşmaq təkcə onu satın alıb oxumaqdan ibarət deyil. Son illər Bakıda təşkil edilən müxtəlif kitab festivalları ətrafında, əsasən, kitabın, mütaliənin gündəlik həyatımıza daxil ola bilməsi üçün maraqlı, uğurlu cəhdlər edilir. Lakin bu cəhdlərin içində bir ehtiyatsızlıq da var: oxucunu bu qədər informasiya çoxluğunda “qorxutmaq”. Adını nə qoysaq da, kitab ətrafına toplaşmaq alaçıq ətrafına toplaşmaqla eyni deyil. Kitabı seçmək üçün paralellər, alternativlər, fərqli kontekst yanaşmaları təklif etmək mühümdür. Əgər alaçıq ətrafına toplaşarkən sevinə biliriksə, deməli, kitab da bizi sevindirə, hətta birləşdirə bilər. Bakının, onun geniş ətrafının (bütün bölgələr nəzərdə tutulur!) kitabdan sevinməsi artıqca sevinclərimiz də artacaq. Gələcəyə pozitiv, ümidlə baxmağımıza kömək edəcək...
Bakının günəşli günləri Dublindən daha çoxdur. Hər kitab bir sevinc yaratsa, Bakı da sevinməzmi?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxGündəm
09 Oktyabr 14:09
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06

