Vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasında yeni mərhələ...
29.10.2015 [10:07]
“Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması ipoteka şərtlərinin yumşaldılmasına, daha çox vətəndaşların bu kreditlərdən faydalanmasına və tikinti bazarında canlanmanın yaranmasına imkan verəcək
Ölkəmizdə əhalinin mənzilə olan tələbatının ödənilməsi, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Müxtəlif kateqoriyalardan olan insanların pulsuz mənzillərlə təmin olunması, güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi, gənc ailələrin faydalandığı sosial ipoteka kreditləşməsinin həyata keçirilməsi bu yöndə atılan addımlardandır.
Ümumiyyətlə, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ildən başlanılıb. Həmin ildə 5 milyon manatdan çox ipoteka kreditləri verilib. Hökumət vətəndaşların mənzil şəraitinin daha da yaxşılaşdırılmasına stimul vermək məqsədilə 2007-ci ildə kreditləşməni əhəmiyyətli dərəcədə genişləndirdi və həmin il 45 milyon manatdan çox kredit layihələri maliyyələşdirildi. Son illərdə isə bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib. Azərbaycan son illər ipoteka kreditlərindən faydalanan ailələrin sayı, həm də bu istiqamətə yönəldilən kreditlərin həcminə görə region ölkələri sırasında liderdir. Eyni zamanda, digər MDB ölkələri arasında bu sahədə ən güzəştli şərtlər məhz Azərbaycandadır. Belə ki, hazırda ölkəmizdə adi ipoteka kreditlərinin illik faiz dərəcəsi maksimum 8-dir. Bu rəqəm Rusiyada 12 faiz, Qazaxıstanda 13-14 faiz, Ukraynada isə 15-16 faizdir. Bu ölkələrdə güzəştli ipoteka kreditləri illik 10 faizlə verilir.
Lakin bununla belə, bir çox ekspertlərin də vurğuladıqları kimi, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Bunun da səbəbləri müxtəlif məsələlərlə bağlıdır. Belə ki, bir sıra ekspertlər ipoteka kreditləşməsi üçün ayrılan vəsaitin yetərincə olmadığını söyləsələr də, maliyyənin yetərliliyi, bununla belə, kreditləşmənin şərtlərinin qənaətbəxş olmadığı yönündə fikirlərə də rast gəlmək mümkündür.
Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman da həmin tələbatın ödənilməsinə şərait yaratmaqla bərabər, bir daha ölkəmizdə vətəndaşların maraq və mənafelərinə xidmət edən sosial layihələrin davamlı olduğunu, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərir. Fərmanda göstərilir ki, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatının ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir. Sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
“Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması hansı yenilikləri gətirəcək?
Fərmanda əksini tapan məsələlər də bir daha bu sektorda çox ciddi dəyişikliklərin olacağını söyləməyə əsas verir. Belə ki, Fərmana əsasən, ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldiləcək. Həmçinin çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizminin, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı yeni dəyişikliklərin olması gündəmdədir. Əsas dəyişikliklər isə ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarında tətbiq ediləcək. Bununla bağlı təkliflər bir ay müddətinə Prezidentə təqdim edilməlidir. Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyənləşdirilməsi də çox böyük əhəmiyyət kəsb edən dəyişikliklərdəndir.
Faizlər aşağı salınacaq, ilkin ödənişlərdə güzəştlər olacaq
İqtisadi ekspert Vüqar Bayramov hazırda dünya bazarında neftin qiymətinin aşağı olması və digər iqtisadi, siyasi çətinliklər fonunda Azərbaycanda belə bir sosial layihənin başlanmasının olduqca əhəmiyyətli bir addım olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Azərbaycanda həm bu gün, həm də gələcəkdə də sosial layihələrin davamlı olaraq həyata keçirilməsi ilə bağlı siyasi iradənin olduğunu göstərir: “Bu Fərmanın imzalanması vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasında yeni mərhələnin başlanğıcı olmaqla bərabər, bu istiqamətdə atılmış radikal pozitiv addımdır. Bu Fərman birmənalı şəkildə ipoteka kreditlərindən faydalanma imkanlarının genişləndirilməsinə yol açacaq”.
V.Bayramov deyib ki, Fərmana əsasən, ipoteka kreditlərinin şərtlərinin yumşaldılması, o cümlədən, ipoteka kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, prosedurların sayının kəskin azaldılması həyata keçiriləcək. Gənc ailələrin ipoteka kreditlərindən faydalanarkən ilkin ödənişlərin məbləğinin aşağı salınması ilə bağlı müəyyən güzəştlərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, faizlərin aşağı salınması da gözlənilir ki, bu da gənc və aztəminatlı ailələrin daha səmərəli şəkildə faydalanmasına imkan verəcək. Təbii ki, faiz dərəcələrinin aşağı salınması aylıq ödəniş məbləğinin də azalması deməkdir ki, bu da əməkhaqqı ilə bağlı tələblərə yenidən baxılmasına, yalnız yüksək əməkhaqqı alan vətəndaşların deyil, eyni zamanda, nisbətən aşağı və orta əməkhaqqı alan vətəndaşların da ipoteka kreditlərindən faydalanmasına gətirib çıxaracaq: “Fərmanda digər əhəmiyyətli məqam Azərbaycan İpoteka Fondunun maliyyə imkanlarının genişləndirilməsidir. Belə ki, Fərmana əsasən, İpoteka Fondu dövlət zəmanəti ilə uzunmüddətli, xüsusən də 5 ildən çox olmaq şərti ilə ipoteka istiqrazları yerləşdirəcək. Bu isə fondun maliyyə imkanlarını gücləndirəcək. Bu imkan verəcək ki, fond əlavə vəsait cəlb edə bilsin, maliyyə dayanıqlılığını gücləndirməklə daha çox ipoteka vəsaiti təklif edə bilsin”.
İqtisadi ekspert, həmçinin deyib ki, Fərmanda tikinti sektorunda canlanma yaradacaq digər fəaliyyətlərin də həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, inşaat şirkətləri praktik olaraq heç bir baryer olmadan, sadəcə, elektron qaydada inşaat üçün tikinti icazəsi ala biləcəklər. Bu, tikinti sektorunda rəqabət mühitinin gücləndirilməsi, həmin sektorda təklif olunan mənzillərin qiymətinin aşağı düşməsinə də şərait yaradacaq.
Mənzillərin istismara verilməsi ilə bağlı qaydaların da sadələşdirilməsi nəzərdə tutulur: “Nəzərə alsaq ki, Bakıda yerləşən hündürmərtəbəli binaların böyük bir qismi istifadəyə verilmədiyi üçün o binalarda olan mənzillərin mənzil sertifikatları - kupçaları yoxdur. Ona görə də bu mənzillər ipoteka kreditləşməsinə cəlb oluna bilmir. Praktik olaraq bu Fərman yalnız ipoteka kreditləri almaq istəyənlər üçün deyil, kupça almaq, mənzil mülkiyyətini rəsmiləşdirmək istəyən vətəndaşlarımız üçün də bir imkan olacaq”.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09

