“The Oil and Gas Year” jurnalının Azərbaycana həsr olunmuş 2016-cı il buraxılışı hazırlanır
06.10.2015 [10:13]
Karbohidrogen ehtiyatlarının hasili ilə məşğul olan ayrı-ayrı ölkələrə həsr olunmuş illik “The Oil and Gas Year” (TOGY) jurnalı Azərbaycanla bağlı sayca üçüncü hesabatın hazırlanması üçün yenidən Bakıda fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, hesabat-jurnalın builki yaradıcı heyəti - ölkə üzrə direktoru xanım Karen Kumbasar, redaktorlar Alberik Monqreniyer və Vladimir Qulikdən ibarətdir. “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş ötənilki hesabatın təqdimat mərasimi cari ilin yanvarında keçirilmişdi. Jurnalın Azərbaycana həsr olunmuş həm ötənilki, həm də yeni hazırlanan buraxılışlarına media tərəfdaşlığını AZƏRTAC həyata keçirir.
Hazırda yaradıcı heyət SOCAR-ın, həmçinin Azərbaycanın dövlət və özəl sektorunun yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirir. Yaradıcı heyətinin ilkin mülahizələrinə görə, dünyada neftin qiymətinin düşməsinə baxmayaraq, “Şahdəniz-2”, “Cənub” qaz dəhlizi və digər iri layihələrin timsalında Azərbaycanın enerji sektoru 2016-cı ildə də yüksələn xətlə inkişaf edəcək.
K.Kumbasar bildirib ki, enerji sənayesində qlobal dəyişikliklər sektorun aparıcı qüvvələrini strategiyalarını dəyişməyə vadar edir. Azərbaycanın enerji layihələrinin strateji olması isə onların uzunmüddətli olacağına təminat verir. Direktor əlavə edib ki, bu layihələr irihəcmli xarici sərmayələr tələb edir və TOGY ölkənin enerji sektoru barədə lazımi məlumatların xarici sərmayədarlara çatdırılmasında mühüm rol oynayacaq.
Jurnalın 2015-ci il buraxılışının təqdimat mərasimində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirmişdi ki, TOGY komandası ən yaxşı şəkildə çalışaraq beynəlxalq ictimaiyyətə istiqamətlənmiş mükəmməl bir hesabat hazırlayıb.
TOGY-nin MDB ölkələri üzrə direktoru Erik Qey Azərbaycanla bağlı yeni hesabatın hazırlanması üçün SOCAR-la əməkdaşlıq etməkdən olduqca məmnun olduğunu bildirib. “Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin digər ölkələrlə müqayisədə hələ də əsas sərmayə məkanı olaraq qalır”, - deyə E.Qey bildirib.
“The Oil and Gas Year” jurnalı 35-dən artıq ölkədə dərc olunur və onun auditoriyası 101 ölkənin 69 mindən çox yüksək vəzifəli şəxslərini əhatə edir.
Jurnal barədə əlavə məlumatı aşağıdakı linkdən əldə etmək olar: www.theoilandgasyear.com
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

