/ / Qaradağ rayonunda bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
Qaradağ rayonunda bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
29.07.2015 [09:51]
Qaradağ rayon İcra Hakimiyyətinin bu ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iyulun 13-də keçirilən iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncaqdan əvvəl tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Hesabat yığıncağında çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ölkəmizin həyatının müxtəlif sahələrində əldə edilən nailiyyətlər barədə danışıb.
Sonra Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, cari ilin altı ayının yekunlarına əsasən rayon üzrə 322,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib, neft və qaz sənayesi müəssisələrində 249,2 min ton xam neft və 202,4 milyon kubmetr təbii qaz hasil edilib. Rayon üzrə 948 min ton sement, 54,1 min ton mişar daşı istehsal edilib. Rabitə xidmətlərinin həcmi 1 milyon 189,3 min manat, pərakəndə əmtəə dövriyyəsi 1 milyard 435 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 74,5 milyon manat olub.
Qeyd edilib ki, hesabat dövründə Ələt və Sahil qəsəbələrindən 8234 nəfər səyyar “ASAN xidmət”dən yararlanıb. Bundan başqa, Qaradağ Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən əvvəlcədən tərtib olunmuş qrafik əsasında hər həftənin şənbə günü bir qəsəbədə səyyar xidmət göstərilib. Ələt, Qobustan, Müşfiqabad, Qızıldaş qəsəbələrində səyyar xidmət göstərilərkən müraciət etmiş 1834 nəfərə şəxsiyyət vəsiqəsi verilib.
Diqqətə çatdırılıb ki, əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilir. Hesabat dövründə rayonun elektrik enerjisi və qaz təchizatı yaxşılaşdırılıb, su və kanalizasiya təsərrüfatı sahəsində bir sıra işlər görülüb. Qaradağın bütün qəsəbələrində iməciliklər təşkil edilib, məişət və istehsalat tullantılarının yığılması və daşınması sahəsində də bir çox işlər görülüb.
Qeyd edilib ki, birinci Avropa Oyunları ərəfəsində Qaradağ rayonunda abadlıq-quruculuq işləri daha geniş vüsət alıb. Bakı dairəvi yolunun rayon ərazisindən keçən hissəsinin 16,5 kilometri bu beynəlxalq idman yarışı iştirakçılarının hərəkət marşrutu üzərində olub. Bakı-Ələt (Astara) magistral avtomobil yolunda və xüsusilə Qobustan Milli-Tarix Bədii Qoruğuna gedən yolda abadlaşdırma, yaşıllaşdırma və əsaslı təmir işləri aparılıb. Altı ay ərzində 33 min 500 kvadratmetr ot örtüyü və yol boyu yaşıllıq sahələri salınıb və 30 minə yaxın müxtəlif növ ağac və mövsümi güllər əkilib.
Hesabat dövründə Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi-uşaq bağçası və Lökbatan qəsəbəsindəki 7 nömrəli Bakı peşə məktəbi üçün yeni binaların inşası başa çatıb və istifadəyə tam hazır vəziyyətdədir. Hazırda Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında və Sahil qəsəbəsindəki 9 nömrəli xüsusi internat məktəbində əsaslı təmir işləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Lökbatan, Ümid qəsəbələrində yeni körpələr evi-uşaq bağçalarının inşası davam edir, Ələt qəsəbəsində yeni körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.
Ötən altı ayda rayonda səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülüb, mədəni-maarif müəssisələri tərəfindən müxtəlif tədbirlər həyata keçirilib.
Milli Məclisin deputatı Ağalar Vəliyev yığıncaqda çıxış edərək 2015-ci ilin birinci yarısında respublikamızın qazandığı uğurlardan bəhs edib.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul olunub. Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Tədbirin sonunda Azərbaycan Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyevaya medal təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

