195 Çağrı Mərkəzinin təqdimat mərasimi olub
25.02.2015 [00:55]
Dünən “Excelsior” hotelində Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib. Tədbiri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov açaraq qeyd edib ki, “Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan”da sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin etmək məqsədilə Vergilər Nazirliyinin 195 nömrəli telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin vahid telefon məlumat xidmətinə inteqrasiya olunmaqla, vahid Çağrı Mərkəzinin təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Elektron Azərbaycan” Dövlət Proqramında sahibkarlıq fəaliyyəti sahəsində digər tədbirlərlə yanaşı, Universal Çağrı Mərkəzinin yaradılması da nəzərdə tutulub. Layihənin icrasına 2010-cu ildən başlanılıb və mərkəzə qoşulacaq qurumlar kimi Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyən edilib, Vergilər və İqtisadiyyat və Sənaye nazirliklərinə bu qurumlara 195 Çağrı Mərkəzinin bazasında metodiki köməklik göstərilməsi tapşırılıb.
Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili” mövzusunda təqdimatla çıxış edərək, 195 Çağrı Mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər barədə geniş məlumat verib. Bildirilib ki, 195 Çağrı Mərkəzi artıq 4 fevral 2015-ci il tarixdən əhalinin, o cümlədən, sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb. Hazırda onun xidmətlərindən istifadə etmək üçün birbaşa 195 nömrəsinə zəng edərək, səsli menyunun köməkliyi ilə və ya müvafiq düymələrdən birini seçərək birbaşa Vergilər, İqtisadiyyat və Sənaye, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Gömrük Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər.
Tədbirdə, həmçinin, digər dövlət qurumlarının nümayəndələri çıxış edərək 195 Çağrı Mərkəzinin yaradılmasında başlıca məqsədin vətəndaşlara mütərəqqi xidmət və dövlət dəstəyinin təmin edilməsi, dövlət orqanlarının hər zaman əlçatan olması və vətəndaş məmnunluğunun yüksəldilməsi, ölkədə əlverişli biznes mühitinin formalaşmasından ibarət olduğunu bildiriblər.
“Tandem” şirkətinin rəhbəri Səbinə Zamanova “Müasir Çağrı Mərkəzinin təşkili” mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda KİV nümayəndələrini maraqlandıran suallara cavab verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

