/ / Zəngin potensiala malik olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib
Zəngin potensiala malik olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib
25.02.2014 [09:15]
Sürətli və dinamik inkişaf yolunda olan Azərbaycan hazırda regionun qüdrətli dövlətlərindən birinə çevrilib. Dünya birliyi tərəfindən yüksək reytinqlə qəbul edilən ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların təməlində Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici və daxili siyasət dayanır. Qeyd etmək yerinə düşər ki, düşünülmüş bu strategiyanın əsas mərhələsi Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. 1993-cü ilin 15 iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, nəqliyyat-yol sektorunun fəaliyyətində də tənəzzülə son qoydu.
Ümummilli lider bu sahənin ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək islahatların aparılmasını daim diqqətdə saxlayırdı. Məhz Onun uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində sözügedən sektorun inkişafı məqsədilə struktur dəyişiklikləri aparıldı. 5 avqust 1998-ci ildə Nəqliyyat Nazirliyi təsis edildikdən sonra 23 iyun 2003-cü ildə nazirliyin tabeliyində “Yolnəqliyyatservis” Departamenti yaradıldı. Eyni zamanda, respublika və yerli əhəmiyyətli avtomobil yolları Departamentin balansına götürülərək, tabeliyinə verilən Yol İstismar idarələrinin fəaliyyəti genişləndirildi. Beləliklə, nəqliyyat infrastrukturunun tərkib hissəsi olan yol təsərrüfatının inkişaf yolundakı maneələr dəf edildi.
Bu gün qürur hissi ilə deyə bilərik ki, Ulu öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyev ölkə başçısı seçildikdən sonra bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter alıb. Ölkənin regionlarında, eləcə də, paytaxt Bakıda vəziyyət kökündən dəyişib, paralel olaraq imzalanan sərəncamlar sözügedən sahənin yeniləşdirilməsinə xidmət edib. Ölkə başçısının 22 fevral 2007-ci il tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə, Azərbaycan Prezidentinin 22 fevral 2007-ci il tarixli Sərəncamına əsasən, Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatı-hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində “Azəryolservis” ASC yaradıldı. Bununla da Azərbaycanın yol təsərrüfatında yeni mərhələ başladı. Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər infrastrukturun müasirləşdirilməsinə səbəb olub.
Əvvəlki illərlə müqayisədə yol infrastrukturu, demək olar ki, çox dəyişib. Bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Ölkə başçısı aparılan işlərə xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən işlərin gedişatı ilə maraqlanıb, açılış mərasimlərində şəxsən iştirak edib. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidənqurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artıb. Son illərin göstəricilərinə nəzər saldıqda statistik rəqəmlər son 10 ildə müsbət dəyişikliklər baş verdiyini bir daha təsdiqləyir.
Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 km təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18902, 2013-cü ildə isə 19000 km-ə çatdırılıb ki, bunun da 17529 km-i Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in balansındadır.
Son 10 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt-beton zavod istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 km olub. Bu dövrdə ümumi istifadədə olan avtomobil yollarında 222 yeni körpü və yolötürücüsü tikilib.
Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyu Bakıdan Gürcüstan ilə sərhədədək 513 kilometrlik hissəsində həyata keçirilən işlər Nəqliyyat Nazirliyi tərəfindən uğurla davam etdirilib. Ölkə başçısı İlham Əliyevin rəhbərliyə başladığı vaxtdan etibarən sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidənqurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda, 2-ci texniki dərəcəli, 2 hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib.
Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan başlıca vəzifələrdən biri yol təsərüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olub. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”.
Bunun nəticəsidir ki, Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində yol qurğularının, eləcə də, ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilib.
Bu çərçivədə həyata keçirilən bütün işlər ölkə Prezidentinin həmişə diqqət mərkəzində olub. Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər edib, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar verib. Yerinə yetirilən konkret tədbirlərin fonunda Biləsuvar-İran sərhədi, Lənkaran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Agstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin və digər avtomobil yollarının yenidən qurulması Dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Gündən-günə, aydan-aya müasirləşən, dünyanın ən gözəl şəhərinə çevrilən paytaxt Bakı şəhərində nəqliyyat intensivliyinin artması vaxtilə küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Belə ki, insanlar hər gün meydana gələn nəqliyyat tıxaclarında vaxtlarının çox hissəsini itirməli olurdular. Həlli vacib olan digər məsələlərlə yanaşı, nəqliyyat sisteminin fəaliyyətinə təsir edən bu problem də ölkə başçısı İlham Əliyevin diqqətindən yayınmadı. Dövlət başçısı nəqliyyat tıxaclarının ən çox yarandığı yerlərdə vəziyyətlə tanış olduqdan sonra məsələnin həllinə böyük diqqət və həssaslıqla yanaşaraq bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqramın hazırlanması tapşırığını verdi. Beləliklə, dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsi ilə müşayiət olundu. Nəqliyyatın intensiv olduğu ərazilərdə yol qovşaqlarının və piyada keçidlərinin tikintisi, nəhayət, öz nəticəsini verdi.
Ölkəmizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri Bakı şəhəri daxil olmaqla ətraf rayon və qəsəbələrdən də yan keçməyib. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası nəticəsində paytaxtın yol infrastrukturundakı çətinliklər çoxdan arxada qalıb. Həmin vaxtdan indiyədək bu istiqamətdə infrastrukturun yaxşılaşdırılması yönündə görülən ardıcıl tədbirlər bu gün də davam etdirilməkdədir.
Hazırda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində xidmət göstərilən yollar, prospekt və küçələrin ümumi uzunluğu 1525 km-dir. 2008-2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən, yenidənqurulan və təmir olunan yolların uzunluğu 703,3 km olub. Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zıg dairəsi-Hava Limanı, Böyükşor dairəsi-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Baki-Ələt yolunun 2-6 km, şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissələri, Zabrat-Maştaga-Buzovna, Zıg dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala qəsəbəsinə gedən və digər yollar, prospekt və küşələrdə aparılan tikinti və yenidənqurma işləri kəskin nəqliyyat tıxaclarını aradan qaldıraraq avtomobillərin maneəsiz və təhlükəısiz hərəkətinə şərait yaradıb.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəzərdə tutulan işlər artıq çoxdan müəyyən olunub. Şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, yarış günlərində maneəsiz və fasiləsiz hərəkəti təmin etmək üçün Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq mövcud avtomobil yollarının təmiri, yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin tikintisi üzrə yol təsərrüfatı işçilərini konkret vəzifələr gözləyir. Nəzərdə tutulan işlərin vaxtında yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün artıq bütün imkanlar səfərbər edilib.
Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala malik olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” deyən Prezident İlham Əliyev son 10 il ərzində 180 dəfəyə yaxın avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində iştirak edib, habelə, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verib. Bu diqqətin cavabı olaraq, yol təsərrüfatı işçiləri bundan sonra da böyük nailiyyətlərin əldə olunması üçün daha əzmlə çalışacaqlar.
Cavid Qurbanov,
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
“Azəryolservis” Açıq Səhmdar
Cəmiyyətinin sədri,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
