Birgə Biznes Şuranın ilk iclası
29.11.2025 [11:34]
Azərbaycan və Qətər tərəfdaşlığın strateji mərhələyə çatdırılması imkanlarını dəyərləndirib
Dohada Azərbaycan və Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib. Qətərin Ticarət-Sənaye Palatasının və Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə keçirilən tədbirdə tərəflər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
İclasda çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan-Qətər əlaqələri yüksək səviyyədə inkişaf edir. Dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlər iki ölkənin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində möhkəmlənərək ən fəal siyasi dialoq səviyyəsinə yüksəlib. Ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər mövcud əlaqələrin hüquqi bazasını formalaşdırıb. Ötən dövrdə ümumilikdə 40-dan çox sənəd imzalanıb. Bu sənədlər həm biznes, həm də turizm sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verməkdədir.
İqtisadi-ticari sahədə yeni anlaşmalar
Nazir vurğulayıb ki, Biznes Şurası ölkələrimiz arasında dostluq və qarşılıqlı etimada yeni təkan verir və biznes cəmiyyətlərinə, ilk növbədə özəl sektora müsbət təsir göstərir. Şura, eyni zamanda hər iki ölkənin sahibkarları arasında əlaqələrin möhkəmləndirilməsində əlaqələndirici funksiya daşımaqla daha yeni təşəbbüsləri gerçəkləşdirə bilər. Şura hər iki ölkənin iqtisadi və ticarət əlaqələrini gücləndirmək, davamlı əməkdaşlıq platforması formalaşdırmaq istəyini əks etdirir. Bildirilib ki, ölkələrimiz arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var və bu baxımdan, birgə layihələrin və təşəbbüslərin icrası xüsusi əhəmiyyət kəsb edir. Yeni gündəlikdə energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının artırılması nəzərdə tutulur ki, hər iki tərəf bununla bağlı yeni anlaşmalar əldə edib.
KOBİA-nın rəhbəri O. Məmmədov bildirib ki, Azərbaycanın səmərəli investisiya mühiti və iqtisadi potensialı və əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşməsi və tranzit “hab”ına çevrilmək yönündə atdığı addımlar Ərəb dövlətlərinin böyük marağna səbəb olmaqdadır. Qətərli investorlar Bakı Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının imkanlarından faydalanmaq niyyətindədir ki, bu istiqamətdə müştərək addımların atılması nəzərdə tutulur. Həmçinin, Azərbaycan İnvestisiya Şirkəti ilə birgə sərmayələrin təşviqi, bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın qeyri-neft məhsullarının Qətər bazarlarına çıxarılması perspektivlərinin daha da genişləndirilməsi istisna edilmir.
Qətərdəki Azərbaycan Ticarət Evləri ixraca dəstək verir
İqtisadi əlaqələrin inkişafı və biznes icmaları arasında partnyorluğun əlaqələndirilməsində Qətərin Ticarət və Sənaye Palatası öz mühüm missiyası ilə seçilir. Palata müvafiq qurumlar arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin təşkili və işgüzar dialoqun inkişafında stimulverici rol oynayır. Qətər Ticarət və Sənaye Palatasının sədr müavini Mohamed bin Tovar əl-Kuvari bildirib ki, palata iki ölkənin biznes icmaları arasında institusional-iqtisadi məsələlərlə bağlı prosedurların asanlaşdırılmasına kömək etmək, həmçinin hər iki ölkənin iqtisadiyyatına fayda gətirəcək birgə təşəbbüs və layihələri təşviq etmək niyyətindədir. Qurum iş adamları arasında maliyyə məsələləri ilə bağlı da hərtərəfli dəstək göstərməyə hazırdır.
İqtisadi əlaqələrin inkişafında Qətərdəki Azərbaycan Ticarət Evləri də təşviqedici rol oynayır. Bu təsisatlar yüksək keyfiyyətli məhsulların Qətər bazarına çıxarılmasını təmin edir və ərəb regionunda yeni bazar deməkdir. Qətər hökuməti də Azərbaycandan ixrac olunan aqrar-sənaye malların idxalında maraqlıdır və və Ticarət Evlərinin sayının artırılmasını istəyir. Qarşılıqlı anlaşmaya uyğun olaraq, ərəb ticarət və sərgi platformalarında “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, ölkəmizdə istehsal olunan məhsulların ixracının təşviqi və genişləndirilməsi, satışının təşkili və əlaqələndirilməsi məqsədilə yeni iqtisadi alətlərin tətbiqi də nəzərdə tutulur.
Əl-Kuvari bu təşəbbüsü dəstəkləyərək əmin olduğunu bildirib ki, bu ideyaların hər biri, ələlxüsus da Şuranın fəaliyyəti qarşılıqlı investisiya axınlarının asanlaşdırılmasına, ikitərəfli ticarətin gücləndirilməsinə və hər iki ölkədə investorlar üçün daha cəlbedici mühitin formalaşmasına kömək edəcək.
Körfəz Əməkdaşlıq Şurası yeni imkanlar açır
Azərbaycan-Qətər əlaqələri Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) platformasında da öz dinamikliyi ilə diqqəti cəlb edir. Təşkilatın lider dövlətlərindən biri Qətərlə ikitərəfli və çoxtərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müxtəlif siyasi-iqtisadi qərarlar qəbul edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynayıb. Ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının baş katibinin və nümayəndə heyətinin Azərbaycanın dövlət başçısı səviyyəsində qəbul edilməsi bu region ölkələri ilə münasibətlərin strateji gündəliyini daha da zənginləşdirib. Qətər BMT, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ÜTT platformalarında da Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirir.
Yeri gəlmişkən, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə KƏŞ Ticarət Palataları Federasiyası (FGCCC) arasında qarşılıqlı əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən, AZPROMO və KƏŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı fəaliyyətin təşviqi və investisiyaların cəlb olunması, ticarət missiyalarının təşkili yolu ilə iqtisadi dövriyyələrin artırılması nəzərdə tutulur. Bu ticari platformanın qurulması həm də Qətərlə birgə geniş bir investisiya klubunun formalaşması deməkdir.
Orta Dəhlizdə ortaq maraqlar
Hər iki ölkənin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşməsi tranzit habında yer almasını şərtləndirir. Qətər Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrdən biri kimi Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə edə, Azərbaycan məhsullarının ixracı genişləndirilə bilər. Eləcə də Zəngəzur dəhlizinin də ticari-kommunikasiya bağlantılarını artırması istisna deyil. Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmlənməsi və kommunikasiyaların açılması Körfəz ölkələri-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara dəniz avtomobil marşrutunu meydana çıxarmaqla KƏŞ dövlətlərini Qara dənizə bağlayan yeni marşrut olacaq. Azərbaycanla Qətər arasında etibarlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi iki dost dövlətin və xalqın milli maraqlarına cavab verməklə, ətraf regionlarda geniş əməkdaşlıq və rifah platformalarının formalaşmasında da mühüm amil kimi çıxış edir. Yeni reallıqlar Cənubi Qafqazda və Yaxın Şərqdə sülh və əmin-amanlığa, iqtisadi-ticari-investisiya həmrəyliyinin yaranmasına xidmət edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

