Türk dövlətlərinin iqtisadi gücü artır
03.04.2025 [10:07]
TDT-nin istehsal etdiyi ÜDM 2,11 trilyon dollara çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin yekunlarına dair buraxılışı nəşr edilib. Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı icmalda bildirilir ki, ötən il TDT-yə üzv ölkələrin iqtisadi inkişaf dinamikası əhəmiyyətli dərəcədə artıb, türk dövlətlərinin ümumi daxili məhsulu (ÜDM) 2,11 trilyon dollara çataraq qlobal iqtisadiyyatda 1,8 faizlik paya malik olub. Təşkilat ölkələrinin əhalisi isə 178,8 milyon nəfər olmaqla qlobal əhalinin 2,8 faizini təşkil etməkdədir. Bu, türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.
Dünya inkişaf göstəricisindən daha böyük iqtisadi artım
Ötən il türk dövlətlərinin cəmi iqtisadi artımı 5,2 faiz təşkil etməklə ümumdünya iqtisadi inkişaf göstəricisini (3,2 faiz) 2 dəfəyə yaxın üstələyib. Bu, türk coğrafiyasında sürətli inkişafı nümayiş etdirir. Türk dövlətlərinin sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişaf daha çox nəzərə çarpmaqla, digər region dövlətlərini qat-qat üstələyir. Eyni zamanda, 2024-cü ildə TDT ölkələri arasında qarşılıqlı ticarətin böyüməsi onların həm öz aralarında əmtəə dövriyyələrinin artmasını təmin edib, həm də qlobal ticarətdə paylarını artırıb. Ötən il türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da 33 trilyon dollar həcmində olan qlobal ticarətin 3,5 faizinə bərabərdir. Hədəf isə beynəlxalq ticarətdə türk ölkələrinin payını 7-8 faizə çatdırmaqdır.
Türk dövlətlərinin öz aralarındakı qarşılıqlı ticarət dövriyyəsinin həcmi də əhəmiyyətli dərəcədə artaraq 60 milyard dollara yaxınlaşıb. TDT 2025-ci ildə öz aralarındakı ticarət dövriyyəsini ikiqat artırmağı, habelə iqtisadiyyatda yaranan əlavə dəyərləri 2 trlilyon dollara çatdırmağı qarşıya məqsəd qoyub ki, bu məqsədlə müxtəlif iqtisadi-ticari stimulların, təşviqedici alətlərin tətbiqi nəzərdə tutulur.
Rəqəmsal ticarət dəhlizinin yaradılması
Hədəflərdən biri də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) nəqliyyat və logistikada bağlantıları inteqrasiya etmək, dəhlizin daşıyıcılıq gücünü və rentabelliyini möhkəmləndirməkdir. Bu məqsədlə Orta Dəhliz boyunca infrastrukturun təkmilləşdirilməsi, azad gömrük və ticarət rejimlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Bu sahədə ən mühüm sazişlərdən biri sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı sazişdir. Sənəd qarşılıqlı ticarət əməliyyatları zamanı gömrük prosedurlarının asanlaşdırılması daşınma-logistika rejiminin yumşaldılmasını, eləcə də ticarətin elektronlaşdırılmasını, rəqəmsal məlumat mübadiləsini nəzərdə tutur. Həmçinin, beynəlxalq kombinə edilmiş yük daşımalarını təşviq edən sazişlərin imzalanması, rəqəmsallaşma sahəsində təşəbbüslərin (E-Permit, E-CMR və E-TIR) gerçəkləşdirilməsi, habelə logistikanı optimallaşdırmağa və ticarətin səmərəliliyini artırmağa kömək edən səylər regional iqtisadi inteqrasiyanı dərinləşdirməyə xidmət edir.
Maliyyə-bank sahəsində vahid platforma
Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 3,8 faiz, Qazaxıstanda və Azərbaycanda 20 faiz, Özbəkistanda 18 faiz, Türkiyədə 16 faiz artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. Eləcə də, türk ölkələrinin maliyyə-fiskal göstəriciləri də yaxşılaşıb. Türkiyə dövlət büdcəsi gəlirlərində 66,5 faiz, dövlət büdcəsi xərclərində isə 63,6 faiz olmaqla ən yüksək artımı qeydə alıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib. Qırğızıstan daha yüksək fiskal kəsirə malik olsa da, dövlət büdcəsi gəlirlərində əhəmiyyətli artım əldə edib.
TDT-nin hədəflərindən biri bank və maliyyə sahəsində əməkdaşlığı daha da gücləndirməkdir. Ötən il “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” imzalanmış memorandum mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsində mühüm rol oynayacaq.
Türk İnvestisiya Fondu
TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu ötən il noyabrın 1-dən fəaliyyətə başlayıb. 500 milyon dollar portfeli olan fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırılaraq 1 milyard dollar təsdiq edilməsi nəzərdə tutulur.
Bundan başqa, fondun investisiya fəaliyyəti beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək, mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb.
“Made in Turan” - birgə ticarətin nişanı
Türk dövlətləri faktiki olaraq “Made in Turan” brendini yaratmağa da nail olub. “Made in Turan” layihəsi türk dünyasının iqtisadi, mədəni və texnoloji potensialını dünyaya daha geniş rakursdan tanıtdırmaq məqsədi ilə yaradılıb. Milli brend konsepsiyasının başlıca hədəf və məqsədi türk dünyasının iqtisadi birliyini daha da möhkəmləndirmək və milli şirkətlərin “Made in Turan” adı altında dünyaya çıxışına motivasiyalar verməkdir. Konsepsiyaya uyğun olaraq, türk dövlətlərinin sahibkarlar üçün biznes təlimlərinin təşkili, investorlarla startaplar arasında əlaqələrin koordinasiyası, beynəlxalq tədbirlərdə birgə ixrac brendi altında iştirak etmək və tərəfdaş ölkələrlə əməkdaşlığın yeni yollarını müəyyən etmək, ixrac üzrə biznes modellərinin yaradılmasını dəstək göstərmək və digər prioritetlər müəyyənləşib. Türk dövlətləri birgə ticarət nişanı təsis etməklə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların cəlbi, müasir birgə istehsal və emal alyansının qurulması və ixrac coğrafiyalarının genişlənməsi sahəsində böyük imkanlar əldə etməyi düşünür.
Qarşıya qoyulmuş hədəflərin reallaşması sayəsində TDT-nin qlobal ticari coğrafiyalarda üstün mövqeyi möhkəmlənə, ticarət həcmləri və qlobal ÜDM-də payı arta bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

