Bank sektorunun yeni hədəfləri
04.12.2024 [10:37]
Rəqəmsal ekosistemin möhkəmlənməsi bankların iqtisadi inkişafa töhfəsini artıracaq
Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda ölkəmizdə bank sektorunun inkişafı sahəsində son illərdə həyata keçirilən tədbirlərin əhəmiyyəti və müasir çağırışlardan irəli gələn yeni məqsəd və vəzifələr barədə müzakirələr aparılıb. “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Zakir Nuriyev bildirib ki, son illərdə bank sektorunda institusional mühiti daha da yaxşılaşdırılıb, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazası beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilib, bazara rəqabətə davamlı iştirakçıların daxil olması təmin edilib. Ödəniş xidmətləri həyata keçirən 14 elektron pul, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb.
Milli ödəniş sisteminin dövriyyəsi 4 dəfəyə yaxın artıb
Həyata keçirilən islahatlar nəticəsində son 3 ildə milli ödəniş sistemi infrastrukturu, o cümlədən Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3,6 dəfə artaraq 2024-cü ilin yanvar-oktyabr aylarında 606 milyard manat təşkil edib. Bu, qeyri-ödəniş kanalları rəqəmsal bank ekosisteminin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edərək ümumu dövriyyəni də yüksəldib. Belə ki, qeyd edilən dövrdə ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların təxminən 64 faizi nağdsız formada həyata keçirilib. Eyni zamanda, bankların iqtisadiyyatda iştirakçılıq əmsalı yüksəlib, kreditvermə potensialı böyüyüb. Cari il noyabrın 1-nə banklarının biznes krediti portfeli illik müqayisədə 19,4 faiz artaraq 19,4 milyard manat təşkil edib.
Forumda çıxış edən bank sektorunun nümayəndələrinin fikrincə, banklar və maliyyə institutları müasir rəqəmsal inkişaf mühitində fəallığı daha da artırmaq, Mərkəzi Bank və digər maliyyə qurumları ilə birlikdə koordinasiyalı çalışmaq niyyətindədir. İcrasına yeni start verilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na uyğun olaraq sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. Yeni strateji mərhələdə məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
“Açıq bankçılıq” platformasının qurulması
Azərbaycan bankları üçün strateji hədəflərdən biri “Açıq bankçılıq” imkanlarının artırılması ilə bağlıdır. Mərkəzi Bankın İdarə Heyətinin üzvü Vüsal Xəlilovun fikrincə, “Açıq bankçılıq” və “Açıq maliyyə təşəbbüsü” inklüziv, şəffaf və effektiv maliyyə eksisteminin yaradılmasını hədəfləyir ki, bu yanaşma banklar, fintexlər və istehlakçılar üçün yeni imkanlar yaradacaq. Banklar üçün yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və müştəri təcrübəsi, fintexlər üçünsə banklarla əməkdaşlıq, qabaqcıl maliyyə həllərinə giriş imkanı genişlənəcək. İstehlakçılara isə daha çox seçim etmək imkanı yaranacaq, onlar şəffaf və təhlükəsiz maliyyə qurumlarını daha asan görə biləcəklər. Nəticədə bu layihə Ani Ödənişlər Sisteminin infrastrukturunu da təkmilləşdirməklə, “sandbox” rejiminin (əməliyyat sistemlərinin təhlükəsizliyi) tətbiqinin genişlənməsinə səbəb olacaq.
Strateji hədəflərdən biri rəqəmsal ödəniş sektorunun qabaqcıl beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsidir ki, bu layihə üzrə lokal ödəniş kartlarının emissiyası gücləndiriləcək. Bu çərçivəyə əsasən, daha əlverişli tarif siyasətinin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə yerli və xarici ödəniş sistemi operatorlarına mövcud tarif siyasətini təhlil etmək və sui-istifadə hallarının aradan qaldırmaq tapşırığı verilib. Nəticədə ödəniş kartlarının emissiyası bank və kart bazarında rəqabəti daha da təşviq etməklə, xidmət haqlarının effektiv formada tənzimlənməsinə yeni imkan verəcək.
Türkiyə ilə ortaq bank layihələri
Rəqəmsal transformasiya sahəsində aparılan islahatların mühüm tərkib hissəsi kimi məsafədən bank hesablarının açılması prosedurlarının da sadələşdirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. Bu, müştərilərin banka getmədən və vaxt sərf etmədən onlayn xidmət kanalları ilə bütün növ hesabları açmaq və əməliyyatları aparması işini daha da asanlaşdıracaq. Bank icması islahatların növbəti fazası çərçivəsində geniştutumlu bank xidmətləri şəbəkəsi yaratmaq üçün xarici bank institutları, xüsusilə də türk dövlətləri ilə əməkdaşlığı da artırmağı planlaşdırır. Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin sədr müavini Mustafa Aydının sözlərinə görə, iki ölkə artıq bu sahədə ortaq layihələrə start verib.
Ümumilikdə, strategiya sənədinin həyata keçirilməsi müəyyən edilmiş məqsədlərə çatmaqla yanaşı, bank sektorunun bazar potensialının artması, Mərkəzi Bankın müvafiq keyfiyyət tələbləri və risk əsaslı nəzarət mexanizmlərinin güclənməsi, rəqəmsal və dayanıqlı maliyyə ekosisteminin möhkəmlənməsini təmin edəcək. Nəticədə bu islahatlar bank bazarına olan etimadı gücləndirəcək, yüksək inkişaf potensialı olan ölkəmizin kapital bazarlarının maliyyə sistemində rolunu artıracaq və iqtisadi inkişafa töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

