Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ŞKTC-nin Mərkəzi Seçki Komissiyası: İlkin nəticələrə görə prezident seçkilərində Tufan Erhürman liderlik edir

ŞKTC-nin Mərkəzi Seçki Komissiyası: İlkin nəticələrə görə prezident seçkilərində Tufan Erhürman liderlik edir

19.10.2025 [23:35]

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) bu gün keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının (CTP) baş katibi Tufan Erhürman liderlik edir.

AZƏRTAC ŞKTC-nin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Bertan Özərdağa istinadla xəbər verir ki, 777 seçki məntəqəsindən 753-də səslər sayıldıqdan sonra Tufan Erhürmanın namizədliyinin seçicilərin 62,8 faizi tərəfindən dəstəkləndiyi məlum olub.

Hazırkı dövlət başçısı Ersin Tatar isə 35,77 faiz səslə ikinci yerdə qərarlaşıb.

“İlkin nəticələrə əsasən, ŞKTC-nin altıncı Prezidenti Tufan Erhürmandır”, – deyə MSK sədri bəyan edib.

ŞKTC-nin Konstitusiyasına əsasən, seçkilərin birinci turunda qalib gəlmək üçün namizəd sadə səs çoxluğu, yəni 50 faizdən artıq səs toplamalıdır.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31