/ / ADY: Avropa və Asiyanın kəsişməsində yerləşməyimiz Orta Dəhliz kimi marşrutlarda bizə önəmli yer tutmağa imkan verir
ADY: Avropa və Asiyanın kəsişməsində yerləşməyimiz Orta Dəhliz kimi marşrutlarda bizə önəmli yer tutmağa imkan verir
22.10.2024 [12:27]
Azərbaycan hökuməti biznes mühitinin yaxşılaşdırılması, o cümlədən dəmir yolu sektoruna birbaşa təsir edən bir sıra islahatlar həyata keçirib. Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) infrastruktur və heyətinin təhlükəsizliyi ilə bağlı milli standartlaşdırma proqramı üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bunu ADY-nın Tədqiqat və inkişaf mərkəzinin rəhbəri vəzifəsini icra edən Orxan Əhmədzadə “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman şirkətləri üçün tərəfdaşlıqlar və imkanlar” forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ADY mövcud xətlərin yenilənməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni tikinti layihələri icra edir.
“Bu, təkcə həmin regionların bərpası deyil, həm də bu ərazilərin milli və beynəlxalq iqtisadiyyata inteqrasiyası ilə onların iqtisadi potensialının ortaya çıxarılmasıdır. Yeni dəmir yolları həm yerli, həm də beynəlxalq şirkətlər üçün imkanlar yaratmaqla biznesi, ticarəti və icma inkişafını dəstəkləmək üçün nəzərdə tutulub. Bura gömrük prosedurlarının sadələşdirilməsi, inzibati proseslərin rəqəmsallaşdırılması, onların beynəlxalq təhlükəsizlik və əməliyyat standartlarına uyğunlaşdırılması daxildir. Avropa və Asiyanın kəsişməsində yerləşməyimiz bizə Azərbaycanın sürətlə ticarət, logistika mərkəzinə çevrildiyi bir vaxtda, Çin və Avropanı birləşdirən Orta Dəhliz kimi marşrutlarda önəmli yer tutmağa imkan verir. Hökumət, xüsusilə infrastruktur, logistika sahəsində yerli və xarici investisiyaları cəlb etmək üçün sabit, şəffaf və biznes üçün əlverişli mühit yaratmaq üzərində fəal işləyir. Bu səylər Azərbaycanı qlobal ticarətdə vacib oyunçuya çevirməklə yanaşı, ölkənin iqtisadiyyatını da şaxələndirməyə kömək edir”, - deyə Orxan Əhmədzadə vurğulayıb.
ADY rəsmisi onu da əlavə edib ki, dəmir yolu sektoru Azərbaycanın inkişafı üçün kritik əhəmiyyətə malikdir və investisiyaların cəlb olunmasında, ticarət həcminin artırılmasında əsas rol oynayır: “Bu layihələr Azərbaycanın qlobal təchizat zəncirlərində əsas halqa kimi mövqeyini gücləndirmək üçün daha geniş səylərin bir hissəsidir”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

