Azərbaycan biznes mühitinin inkişafına görə əksər ölkələri qabaqlayıb
31.10.2012 [02:49]
İnkişaf sürətinə görə əksər ölkələri qabaqlayan Azərbaycan iqtisadiyyatın ayrı-ayrı göstəriciləri üzrə də yüksək nailiyyətlər əldə edib. Belə ki, oktyabrın 23-də Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business 2013” hesabatı açıqlanıb. İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumata görə, hesabatda 185 ölkə arasında 67-ci yerdə qərarlaşmış Azərbaycan bir sıra göstəricilər üzrə yenə də qabaqcıl ölkələr sırasındadır. Belə ki, keçənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 117 iqtisadiyyatını geridə qoyurdursa, builki hesabatda belə ölkələrin sayı 118-dir.
Hesabatda əksini tapan göstəricilər üzrə Azərbaycanın tutduğu yerlər ölkəmizdə aparılan islahatların nəticələrinin beynəlxalq səviyyədə təsdiqidir. Bildiyimiz kimi, iqtisadi sahədə aparılan islahatların mühüm istiqamətlərindən birini biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinə başlayanlar üçün qeydiyyat və digər sənədləşdirmə prosedurlarının asanlaşdırılmasıdır. Bu məqsədlə ölkədə “bir pəncərə” sistemi də tətbiq olunur.
Qeyd olunan sahələrdəki irəliləyişlər sözügedən hesabatda ölkənin digər dövlətlər arasındakı yerinə müsbət təsir göstərib. Belə ki, “Doing Business 2013” hesabatında biznes mühitin yaxşılaşdırılması sahəsində 2005-ci ildən etibarən Azərbaycanın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, ölkəmiz bu sahədə məqsədyönlü islahatlar həyata keçirən 15 ölkə sırasına daxil olaraq, bir çox ölkələri geridə qoyub.
Azərbaycan, həmçinin, “müəssisənin yaradılması” göstəricisi üzrə 18-ci, “əmlakın qeydiyyatı” üzrə 9-cu yerdə qərarlaşıb. Hesabatda “əmlakın qeydiyyatı” göstərici üzrə ölkəmiz ilk onluğa daxil edilib və bu sahədə Böyük Britaniya, Malayziya və Yeni Zelandiya kimi qabaqcıl dövlətlərlə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub.
Azərbaycan iqtisadiyyatının davamlı inkişafı xarici investorların ölkəmizə marağını daim yüksək səviyyədə saxlayır. Azərbaycan iqtisadiyyatına ümumilikdə 120 milyard dollardan artıq sərmayə yatırılıb. Bunun mühüm hissəsi xarici investisiyaların payına düşür. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi 2012-ci ilin birinci yarısında 5,2 faiz artaraq 1,7 milyard dollara çatıb. Azərbaycana olan marağı və iqtisadi mənafelərimizi nəzərə alan dövlət xarici investorların ölkəmizdəki fəaliyyətinə şərait yaradır. Ölkədə investisiya mühitinin əlverişli olması xarici sərmayədarları cəlb edən ən mühüm amillərdən biridir. Azad sahibkarlığa, yerli və xarici sərmayədarlara yaradılan münasib şərait, təhlükəsiz investisiya mühiti iqtisadi inkişaf üçün gərəkli olan investisiyaların yatırımını stimullaşdırır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu məsələyə toxunaraq demişdi: “Xarici investorlar bizə inanır, biz xarici investorlar üçün gözəl şərait yaradırıq. Hökumət nümayəndələri ilə böyük şirkətlər arasında əlaqələr də çox müsbətdir. Yerli istehsalın artırılmasında xarici sərmayədarlar bizə kömək göstərirlər”.
Həqiqətən də, Azərbaycan iqtisadiyyatının çoxşaxəliliyi, ayrı-ayrı sahələrin inkişafı üçün potensialın geniş olması, ölkədə biznes mühitinin əlverişliliyi müxtəlif ölkələrin nüfuzlu şirkətlərinin, transmilli korporasiyaların ölkə iqtisadiyyatına marağını daha da artırır.
Hesabatda ölkəmizin bu sahədə də böyük irəliləyiş əldə etməsi əksini tapıb. “İnvestorların maraqlarının qorunması” göstəricisi üzrə 25-ci pillədə olan Azərbaycan hesabatın dərc edildiyi tarixdən, bu göstərici üzrə öz mövqeyini köklü surətdə yaxşılaşdırıb və bu sahədə islahatlar aparan ölkə kimi ilk onluğa daxil olub. “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 25-ci yerdə qərarlaşan ölkəmiz kommersiya mübahisələrinə baxılma müddətinə görə Sinqapur, Yeni Zelandiya və Koreya ilə yanaşı, dünyada 7-ci iqtisadiyyat kimi qeyd olunub. “Vergilərin ödənişi” göstəricisi üzrə Azərbaycan mövqeyini köklü surətdə yaxşılaşdıraraq, uğurlu islahatlar aparan ilk beş ölkə sırasına daxil edilib.
Göründüyü kimi, Azərbaycanın daxili biznes mühiti üzrə dünya ölkələri ilə müqayisədə qazandığı uğurlar diqqətəlayiqdir. Azərbaycan iqtisadiyyatının müxtəlif göstəricilərinə görə bir sıra digər hesabatlarda da yüksək pillələrdə dayanır. Bu, bir daha ölkəmizin düzgün və etibarlı inkişaf yolunda irəlilədiyini təsdiq edir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

