Turizmdə rəqabət artsa da, qiymətlər yüksək olaraq qalır
11.07.2024 [10:15]
2024-cü ilin yanvar-may aylarında Azərbaycana gələn ərəb turistlərinin sayında kəskin artım qeydə alınıb. Əvvəlki 3 illik azalmadan sonra yenidən turizm sektorunda canlanma müşahidə edilməyə başlanılıb. Xüsusilə də ərəb regionu və körfəz dövlətlərindən Azərbaycana gələnlərin sayı daha çox artmaqdadır. Qeyd edilən dövrdə Azərbaycana dünyanın 179 ölkəsindən 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox turist səfər edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilk 5 ayda əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfərə çatıb. Bu dövrdə Avropa İttifaqından gələn turistlərin sayında 31,1 faiz, MDB regionundan gələnlərin sayında isə 24 faiz artım qeydə alınıb.
Xarici turistlərin, xüsusilə də körfəz dövlətlərindən gələnlərinin sayının artması turizm mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır. Yeri gəlmişkən, ərəb və körfəz regionundan gələn turistlərin tələbatını nəzərə alaraq turizm obyektlərinə “halal hotel” sertifikatının verilməsi nəzərdə tutulur. “Halal hotel” konsepti İslam qanunlarına uyğun xidmət göstərən hotelləri əhatə edir və ziyarətçilərin İslam dininin tələblərinə uyğun qida, yaşayış və digər xidmətləri təmin etməyə hesablanıb. Halal turizm sektoru, xüsusilə ərəb və Asiya ölkələri üçün xarakterikdir və bir sıra spesifik xidmət çeşidləri nəzərdə tutulub. Belə ki, “halal” sertifikatı olan hotellərdə spirtli içkilər təqdim edilmir və içməyə də icazə verilmir. Eyni zamanda, otaqlarda namaz qılmaq üçün imkan yaradılır, hotelin ərazisində namaz qılmaq üçün ayrıca kiçik bir məscid fəaliyyət göstərə də bilər. Xüsusən də qidalarda halal məhsullara diqqət yetirilir və alınan məhsulların halallığına xüsusi önəm verilir, çimərliklər kişilər və qadınlar üçün ayrı olur. Ona görə də Azərbaycan ümumi turizm statistikasında qeyd edilən region ölkələrindən gələn turistlərin dini-mənəvi xüsusiyyətlərini nəzərə alaraq hotellərin bu sertifikatlarla təmin edilməsini vacib hesab edir. Ancaq bu, bütün hotellər üçün məcburi xarakter daşımır və sertifikatlaşdırma könüllü olacaq.
Turizmdə diqqətçəkən digər məqamlardan biri uzaq Asiyadan, xüsusilə də Çindən Azərbaycana axının sürətlənməsidir. Belə ki, cari ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan 2,6 dəfə, Cənubi Koreyadan 2,2 dəfə, Filippindən gələnlərin sayı 1,8 dəfə artıb. İlk dəfə olaraq Çindən Azərbaycan? səfər edən turistlərin sayı 10 min nəfərə çatıb. İlin birinci yarısında Çindən Azərbaycana gələn turistlərin sayı 16 mini ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 fa?z artım deməkdir. Azərbaycan və Çin arasında iqtisadi-mədəni əlaqələrin daha da artması və müxtəlif stimullaşdırıcı və güzəştli sənədlərin qüvvəyə minməsi, habelə Çin vətəndaşlarına birtərəfli qaydada 1 il müddətinə vizasız rejimin tətbiq edilməsi də turist axınında müstəsna rol oynayacaq.
Hazırda 5 aylıq göstərici ilin sonunda turistlərin sayının 2,5 milyon nəfərə çatacağına, hətta bu rəqəmi də ötəcəyinə dərin əminlik yaradır. Çünki COP29-la bağlı ilin sonuncu rübündə turizm sektorunda əlavə dalğalanmaların baş verəcəyi və turist axınının aylıq sayının noyabrda 3-4 dəfə çoxalacağı gözlənilir. Sözsüz ki, COP 29 ölkəmizin tanınmasında, eləcə də onun turizm potensialının dünyaya çatdırılmasında gözəl imkanlar açır və turizmin inkişafına da təkan verəcək, yeni əlavə fürsətlər açacaq. Azərbaycana noyabrda ən azı 70-80 min xarici qonağın gəlişi gözlənilir. Turizm agentlikləri artıq COP29-un tələblərinə uyğun olaraq xaricilərin hotellərə yerləşdirilməsi, istirahətlərinin təşkili, paytaxtımızla tanışlıq kimi məsələləri diqqətdə saxlamaq üçün öz infrastrukturlarını və xidmət fəaliyyətlərini indidən hazırlıq vəziyyətinə gətirib.
COP-29 təkcə qlobal iqlim sammiti deyil, həm də Azərbaycanın humanitar, mədəniyyət simasını nümayiş etdirən, dünyada humanizm məkanı olmasını təşviq edən platformadır. Ona görə də, COP29 ilində ölkəmizin mədəni zənginliyi fonunda gələn qonaqların Bakı şəhəri ilə yanaşı, bölgəmizin tarixi-mədəni abidələrini, görməli məkanlarını da ziyarət etməsinə stimul verəcək, nəticədə bu, turizm statistikasının daha da artmasına səbəb olacaq.
Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası elan edilməsi isə turizmin inkişafında yeni qapıların açılması deməkdir. Artıq Şuşa, Xankəndi və Zəngilanda ən müasir hotellərin istifadəyə verilməsi, əlavə zəruri turizm infrastrukturlarının yaradılması istiqamətində işlərin davam etdirilməsi bu bölgənin ən münbit və əlverişli ekoturizm sənayesinin mərkəzinə çevrilməsinə güclü zəmin yaratmaqdadır. İstisna deyil ki, COP29 çərçivəsində ekoloji tədbirlərin təşviqi ilə bağlı xarici qonaqlarda əyani təsəvvür yaratmaq üçün Qarabağ və Şərqi Zəngəzura səfərlər təşkil olunacaq. Bu isə azad edilmiş ərazilərə səfər edən turistlərin bu bölgənin ekoturizm zənginliyini gördükdən sonra davamlı olaraq buranı özləri üçün daimi turizm zonasına çevirməsini şərtləndirəcək.
Bütün dünyada turizm enerji daşıyıcılarından və İT sektorundan sonra ən çox valyuta gətirən sektor hesab olunur. Azərbaycanda bu sektorda dinamikanın artması valyuta daxilolmaları üçün əlverişli perspektiv vəd edir. Qeyd edək ki, ölkəmizdə ən böyük turist səfəri pandemiyadan öncə, 2019-cu ildə qeydə alınıb və həmin il 3 milyona yaxın əcnəbi ölkəmizə səfər edib və turizm gəlirləri 2,7 milyard dollara yaxın olub.
Bütün bunlara rəğmən, turizmdə qiymətlərin yüksək olması bu sahəyə marağı müəyyən dərəcədə azaldır. Statistika onu göstərir ki, Azərbaycanda turizm paketinin qiymətləri bahalaşıb. Xüsusilə də 4 və 5 ulduzlu hotellərin qiymətlərində artım daha çox olub. Belə ki, beynəlxalq onlayn turizm platformaları olan
“TripAdvisor”, “Four Square”, “Booking.com” bronalaşdırma portallarında yerləşdirilmiş qiymət cədvəlindən də aydın olur ki, cari ilin ilk aylarnda Azərbaycandakı 5 ulduzlu hotellərdə bir günlük orta qiymət 215,3 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz çoxdur. Yəni, cəmi bir il ərzində qiymətlər təxminən 102 manat bahalaşıb. Burada bir sıra əsaslı amillər var, ancaq süni qiymət artımının payı da ümumi qiymət əmsalının formalaşmasında kifayət qədər böyükdür.
Əslində, ölkəmizdə turizm sektorunda daha əlverişli və əlçata? qiymət cədvəli müəyyənləşdirmək mümkündür. Azərbaycan hökuməti xarici turistlərin gəlişini stimullaşdırmaq üçün asan viza rejimini təmin edib. Dövlət başçısının 2016-cı il 1 iyun tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə “ASAN Viza” sistemi yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə etmək imkanına malikdir. Həmçinin, turizm sektorunun inkişafı üçün dövlət müxtəlif optimallaşdırma tədbirləri həyata keçirib, müxtəlif iqtisadi alətlər tətbiq edib, təşviqedici investisiya və vergi siyasəti həyata keçirir. Vergi Məcəlləsində edilmiş yeni dəyişikliklərə əsasən, 2024-cü ildən turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqlərinin verilməsi nəzərdə tutulub. Regional turizmi dəstəkləmək və biznes üzərindəki sabit vergi xərclərinin optimallaşdırılması təsbit olunub. Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılıb.
Həmçinin, turizm sektorunda rəqəmsallaşmaya geniş yer verilməkdədir. Cari ildə müəyyən edilmiş turizm təşviqi planına əsasən, turizm sektorunun rəqəmsallaşdırılması planına uyğun olaraq, beynəlxalq rəqəmsal kampaniyalar keçiriləcək. Tədbirlər sxeminə əsasən, beynəlxalq “Make My Trip” veb-səhifəsində Azərbaycana aid açılış səhifəsinin yaradılması, “Facebook” və “Instagram” sosial kanallarında banerlərin yerləşdirilməsi planlaşdırılır. Həmçinin “Wechat social”, “Weibo social” və “OTT” platformasında, eləcə də “Qyer.com” və “China Travel Group” veb-səhifəsində Azərbaycanın turizm destinasiyası kimi tanıdılması işləri həyata keçiriləcək.
Bütün bu yeni stimullar və güzəştlər, kampaniyalar turizm sektorunda xərclərin azalmasını təşviq edir və qiymətlərin ucuzlaşmasına imkan yaradır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50

