Rifaha və əməkdaşlığa töhfə verən ortaq layihələr...
05.06.2024 [10:28]
Türkiyə-Azərbaycan iqtisadi proqramları ikitərəfli formatdan kənara çıxaraq üçtərəfli və çoxtərəfli əməkdaşlıq simvoluna çevrilir
Ölkəmizdə Yaşıl Enerji Həftəsinə qatılan Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığı bütün dünyada təqdir olunur və tərəflər regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə və neft bazarlarının daha balanslı olmasına töhfə verir. İki qardaş ölkənin ortaq enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi layihələri müasir enerji coğrafiyasının ən zəngin nümunələridir.
Çoxşaxəli enerji tərəfdaşlığının yeni mərhələdə əsas istiqamətlərindən biri İğdır-Naxçıvan qaz kəmərinin inşasıdır. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. İlin sonunadək yekunlaşması gözlənilən bu layihə Naxçıvanın Türkiyə üzərindən qazla təchizini nəzərdə tutur. Belə ki, kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində çoxşaxəli əməkdaşlıq gündəliyi çoxşaxəlidir və digər ölkələrin hasil edilən qaz resurslarının Azərbaycan və Türkiyə üzərindən TAP kəməri ilə Avropaya nəqli imkanları nəzərdə tutulur. Buraya Türkmənistanın və Qazaxıstanın qaz ehtiyatlarının TANAP və TAP-a cəlb olunması daxildir ki, son dövrdə bu tranzitin reallaşması ilə bağlı səylər birləşdirilməkdədir. 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində imzalanmış sazişə əsasən, türkmən qazının Türkiyəyə tədarükü razılaşdırılıb. Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni, Azərbaycanın Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən imzalanmış “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” baza sənədi olmaqla sözügedən qaz layihəsinin gerçəkləşməsinə yol açır. Bu layihəni Avropa Birliyi də xüsusi dəstəkləyir və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı və Aİ-nin digər nüfuzlu şəxsləri Cənub Qaz Dəhlizinin ən etibarlı qolu hesab edilən TAP kəmərinin genişləndirilməsinə çalışır. Bu da Türkmənistan və Qazaxıstan qazının Avropaya nəqlinin reallaşması deməkdir. Onu da vurğulayaq ki, ötən il Azərbaycan hökuməti ilə Qazaxıstanın “QazMunayQaz” şirkəti arasında da anlaşma memorandumu imzalanıb, bu sənəd də qazax qazının nəqlinə zəmin yaradır. Beləliklə, hüquqi mexanizm və beynəlxalq sazişlər hazırdır və burada əsas öhdəliyi Azərbaycan və Türkiyə öz üzərinə götürərək Mərkəzi Asiya-Xəzər-Avropa nəql xəttini işlək vəziyyətə gətirməkdədir.
Beləliklə, Azərbaycan və Türkiyə qaz sahəsində əməkdaşlığın yeni formatını müəyyən etməklə, həm də Avropa Birliyini siyasi və iqtisadi maraqları ilə üst-üstə düşən enerji koalisiyasını yaratmış olur.
Hazırda enerji gündəliyində yer alan əsas proqram Azərbaycan və Türkiyənin ortaq “yaşıl enerji” ixracını həyata keçirmək əzmkarlığıdır. A.Bayraktar həmkarı Pərviz Şahbazovla görüş zamanı bu məsələnin daha da aktuallaşmasına toxunub və bildirib ki, mövcud infrastrukturların əlaqələndirilməsi işləri yaxın zamanlarda öz layiqli töhfəsini verəcəkdir.
İki qardaş ölkə Yeni İpək Yolunun Orta Dəhlizində (TransXəzər) öz strateji mövqeyini artıraraq regional nəqliyyat sistemlərinin ötürcülüyünün daha da güclənməsində və şaxələnməsində də xüsusi təşəbbüskarlıq edir. Yeni İpək Yolunun rentabelli işlək coğrafi qovşaqlarından birini təşkil edən Bakı-Tbilisi-Qars qitələri birləşdirən, Asiya və Avropa arasında vacib bağlantını təmin edən və Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevrilməklə 150 ölkə tərəfindən dəstəklənən “Bir kəmər, bir yol” təşəbbüsünün ən önəmli hissəsi kimi qəbul edilir. Bu layihə ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə etməklə iqtisadi, ticari, maliyyə və digər sahələrdə təmasları bir araya gətirir. Ona görə də hazırda qlobal daşınmaların artması tələbatlarını nəzərə alan Azərbaycan və Türkiyə BTQ-nin ən müasir texnoloji strukturların tətbiqini yekunlaşdırmaqdadır. Eləcə də elektron mübadilənin tətbiqi ilə gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı iqtisadi-texniki işlərin yaxın vaxtlarda yekunlaşması gözlənilir. Nəticədə Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yüklərin həcmi bir neçə dəfə artacaq.
Türkiyə və Azərbaycan TransXəzərin ən axıcı nəqliyyat bloku olan Zəngəzur dəhlizini və bu vahid nəqliyyat koridoruna birləşdirməklə region, eləcə də dünya üçün Orta Dəhlizin beynəlxalq əhəmiyyətini də artırmış olacaq. Bu isə Türk dövlətləri ailəsinin böyük bir coğrafiyada iqtisadi inteqrasiyasını böyütməklə regional inkişafa ciddi töhfə verəcək, rifah və əməkdaşlıq formatını möhkəmləndirəcəkdir.
Beləliklə, Türkiyə-Azərbaycan iqtisadi proqramları ikitərəfli formatdan kənara çıxaraq üçtərəfli, çoxtərəfli əməkdaşlıq simvoluna çevrilməklə enerji və nəqliyyat axınlarının müasir infrastrukturlarını yaradır, geoiqtisadi və geosiaysi platformalarda öz mövqeyini daha da gücləndirir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

