/ / Ölkəmizdə məşhur "Tur de Frans", "Djiro de İtaliya" kimi "Tur de Azerbaijan"ın keçirilməsi nəzərdə tutulur
Ölkəmizdə məşhur "Tur de Frans", "Djiro de İtaliya" kimi "Tur de Azerbaijan"ın keçirilməsi nəzərdə tutulur
15.05.2012 [00:14]
Mayın 13-də Bakının “Azadlıq” meydanında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotura yekun vurulub. Yarış başa çatdıqdan sonra “Hilton Bakı” mehmanxanasında mətbuat konfransı keçirilib.
Mətbuat konfransını giriş sözü ilə açan yarışın təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov bu veloturu möhtəşəm idman hadisəsi kimi dəyərləndirib: “Biz Azərbaycanda möhtəşəm idman hadisəsini izlədik. Və yəqin ki, hələ bir neçə ay bu yarış barədə fikirlər, mülahizələr səslənəcək”.
Jurnalistlər qarşısında çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov bu cür yarışın ölkəmizdə ilk dəfə təşkil olunduğunu deyib, veloturun yüksək səviyyədə təşkil olunmasında Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirib və turnirin əhəmiyyətindən danışıb. O, bu yarışın təşkilində əməyi olan bütün dövlət və qeyri-dövlət qurumlarına təşəkkürünü bildirib: “Təbii ki, belə bir mötəbər yarışın təşkili təkcə AVİF-in gücü daxilində deyil. Mən bu işdə bizə dəstək olan Daxili İşlər, Nəqliyyat və Səhiyyə nazirliklərinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə, həmçinin, digər dövlət qurumlarına təşəkkürümü bildirirəm”.
Federasiyanın prezidenti tədbirin işıqlandırılmasında yaxından iştirak edən KİV təmsilçilərinə də xüsusi təşəkkürünü bildirib: “Mən mətbuat işçilərinə dərin təşəkkürümü bildirirəm. Keçən günlər ərzində havanın tez-tez dəyişməsinə baxmayaraq, istər rayonlarda, istərsə də paytaxt Bakıda KİV təmsilçiləri yarışların işıqlandırılması istiqamətində fəallıq göstərdilər”.
Fazil Məmmədov analoji yarışın ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü çərçivəsində də təşkil olunacağını diqqətə çatdırıb və bu istiqamətdə Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) ilə danışıqlar aparıldığını söyləyib.
Onun sözlərinə görə, UCİ rəhbərliyi ölkəmizdə keçirilən yarışın yüksək səviyyədə təşkil olunmasından razı qalıb və Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir: “Hər halda Beynəlxalq Velosipedçilər İttifaqı, həmçinin, bu yarışların təşkilində iştirak edən qurumlarla apardığımız danışıqlar da belə deməyə əsas verir. Onu da deyim ki, növbəti ildə veloturda iştirak edəcək ölkə və idmançıların sayının artacağı gözlənilir”.
ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün lazımi infrastrukturun olduğunu bildirən AVİF-nin rəhbəri bütün bunların dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının əyani sübutu olduğunu deyib: “Məlum olduğu kimi, Azərbaycanda idmana qayğı siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Eyni zamanda, hazırda dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda idman sürətlə inkişaf edir. Olimpiya ideyaları təbliğ olunur, idmançılarımız beynəlxalq arenalarda ciddi uğurlar qazanırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan edilib. Gənclərin müntəzəm şəkildə idmanla məşğul ola bilmələri üçün yeni idman və Olimpiya kompleksləri, stadionlar tikilir. ölkəmizin paytaxtı Bakı hər il bir çox nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir”.
UCİ-nin prezidenti Patrik Mak Quayd da bu veloturun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycan Velosiped İdmanı Federasiyası bu nüfuzlu yarışın dünya standartlarına uyğun təşkil edilməsi üçün lazım olan hər şeyi edib. O, vurğulayıb ki, UCİ Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsi üçün Azərbaycan Velosiped İdmanı Federasiyası ilə bu barədə razılıq əldə edib. Azərbaycanın müxtəlif regionlarında təlim-məşq bazaları və velotreklər tikiləcək: “Beynəlxalq Velosipedçilər İttifaqının rəhbəri kimi çox xoşbəxtəm ki, bu cür yarış təşkil olunub və turun gedişatından çox məmnunam. Bütövlükdə götürəndə bu yarış çox uğurlu şəkildə baş tutdu”.
Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşdüyünü bildirən Patrik Mak Quayd ölkə başçısı ilə idmanın bu növünün respublikamızda inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.
Mətbuat konfransında o da bildirilib ki, ölkəmizdə məşhur “Tur de Frans”, “Djiro de İtaliya” kimi “Tur de Azerbaijan”ın keçirilməsi nəzərdə tutulur. Bu turnirin keçirilməsi üçün hər cür şəraitin olduğu və yarışın marşrutunun hər il dəyişdiriləcəyi vurğulanıb.
Mətbuat konfransında çıxış edən yarışın texniki direktoru Alberxt Roeder və Azərbaycan Velosiped İdmanı Federasiyasının idman direktoru Teo Mauxer də yarışın yüksək səviyyədə keçdiyini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

