“The Best” mükafatının qalibləri açıqlandı
18.01.2022 [13:15]
İsveçrənin Sürix şəhərində FİFA “The Best” mükafatının təltif olunma mərasimi keçirilib. “Yeni Azərbaycan” xəbər verir ki, 2021-ci ilin ən yaxşı futbolçusu Polşa millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski seçilib. Polşalı forvard ardıcıl ikinci dəfə bu mükafata layiq görülüb. O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə “Liverpul”undan Məhəmməd Salahı geridə qoyub.
2021-ci ilin ən yaxşı qadın futbolçusu isə İspaniyanın “Barselona” klubunda çıxış edən Aleksiya Putelyas seçilib.
Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kristiano Ronaldo FİFA-nın xüsusi mükafatını alıb. 37 yaşlı hücumçu yığmada vurduğu qolların sayına görə bu mükafata layiq görülüb. Qadın futbolunda isə Kanada millisinin sabiq hücumçusu Kristin Sinkler FİFA-nın xüsusi mükafatını alıb.
Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları da müəyyənləşib. Kişi qolkiperlərdən “The Best” mükafatına İngiltərə “Çelsi”sindən Eduard Mendi layiq görülüb. O, PSJ-dən (Fransa) italiyalı Canluici Donnarumma və “Bayern”dən (Almaniya) Manuel Noyeri qabaqlayıb.
Qadınlardan isə Fransanın “Olimpik” (Lion) klubunun çilili qapıçısı Kristiana Endler ən yaxşı seçilib.
İngiltərənin “Çelsi” komandasını çalışdıran Tomas Tuxel ötən ilin ən yaxşı baş məşqçisi elan olunub. Bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini, həmçinin İngiltərənin “Mançester Siti” komandasını çalışdıran Xosep Qvardiola da namizəd idi.
Maraqlıdır ki, qadın futbolunda da “The Best” mükafatına İngiltərənin “Çelsi” komandasına rəhbərlik edən Emma Heyz layiq görülüb.
2021-ci il üçün Puşkaş mükafatının qalibi İngiltərənin “Tottenhem” klubunun futbolçusu Erik Lamela olub. Onun Premyer Liqada “Arsenal”a vurduğu qol ən yaxşı seçilib.
“Feyr pley” mükafatının da qalibi müəyyənləşib. Sözügedən mükafata AÇ-2020-də Danimarka millisinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən yığmanın tibbi və məşqçilər heyəti layiq görülüb. Danimarkalı tərəfdarlar isə ilin ən yaxşı azarkeşi mükafatına sahib çıxıblar.
FİFA 2021-ci ilin rəmzi komandalarını da açıqlayıb. Kişi futbolunda ən yaxşı 11 oyunçu bunlardır:
Qapıçı: Canluici Donnarumma (PSJ);
Müdafiəçilər: David Alaba ("Real"), Ruben Dias ("Mançester Siti"), Leonardo Bonuççi ("Yuventus");
Yarımmüdafiəçilər: Jorjinyo, Nqolo Kante (hər ikisi "Çelsi"), Kevin De Bruyne ("Mançester Siti");
Hücumçular: Kristiano Ronaldo ("Mançester Yunayted"), Erlinq Holand ("Borussiya", Dortmund), Robert Levandovski ("Bayern"), Lionel Messi (PSJ).
Qadınlar arasında ötən ilin rəmzi komandasına isə bu futbolçular düşüb:
Qapıçı: Kristiana Endler (“Olimpik”, Lion);
Müdafiəçilər: Lüsi Bronz ("Mançester Siti”), Vendi Renar (“Olimpik”, Lion), Brayt Enobakhare ("Koventri Siti");
Yarımmüdafiəçilər: Estefaniya Banini ("Atletiko", Madrid), Karli Lloyd ("Skay Blyu"), Barbara Bonansea ("Yuventus")
Hücumçular: Vivianne Midyema ("Arsenal"), Marta, Aleks Morqan (hər ikisi "Orlando Prayd").
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

