Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Yığmamız Müşfiq İsayevin xatirə turnirinin qalibi oldu

Yığmamız Müşfiq İsayevin xatirə turnirinin qalibi oldu

19.01.2010 [08:48]

“ABU Arena” İdman Kompleksində güləş üzrə idman ustası, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq güləş turniri keçirilib. Yarışda Azərbaycan, Gürcüstan, özbəkistan, Rusiya, Fransa, Birləşmiş Ərəb Əmirliyi və İran pəhləvanları mübarizə aparıblar. Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə, eləcə də, idmanda böyük uğurlar əldə edildiyini bildirib. Artıq ənənə halını alan bu beynəlxalq yarış gənc Azərbaycan güləşçilərinin gələcək uğurlarının əsasını qoyub. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Müşfiq İsayevin qardaşı Xəzər İsayev bu yarışın qardaşının xatirəsinə layiqli töhfə olduğunu bildirib. Son illərdə güləşin inkişaf etdiyini və artıq üç ildir ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) təqviminə salındığını vurğulayıb. Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev idmançılarımızın son illər beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb. 7 ölkədən 98 güləşçinin iştirak etdiyi turnirin yekununda Azərbaycan pəhləvanlarından Fərid İsmayılov (42 kq), Pərviz İbrahimov (50 kq), Kənan Quliyev (54 kq), Elcan Usubzadə (85 kq) və Əli Məhəmməddabirov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalları müvafiq olaraq Ruslan Qasımov (42 kq), Mircəlal Həsənzadə (46 kq), Nurlan Hacıyev (63 kq) və Paxrudin Maxayev (85 kq) qazanıblar. Məsim Qədirli (42 kq), Məmmədhüseyn Həsənov (46 kq), Səfər Ativi (50 kq), Ruslan Şükürov (63 kq), Elmar İsmayılov (69 kq) və Kamran Yunusov (76 kq) müvafiq olaraq bürünc medallara sahib çıxıblar. ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanan yığmamız komanda hesabında turniri birinci yerdə başa vurub. İkinci yeri İran (1 qızıl, 3 gümüş, 6 bürünc), üçüncü yeri isə Rusiya (3 qızıl, 2 gümüş, 2 bürünc) komandası tutub.

Paylaş:
Baxılıb: 1147 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30