Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın şahmat yığması liderdir

Azərbaycanın şahmat yığması liderdir

08.01.2010 [01:14]

Türkiyənin Bursa şəhərində keçirilən şahmat üzrə komandalararası Dünya çempionatının ikinci turunda aşağıdakı nəticələr qeydə alınıb: Azərbaycan-Türkiyə 3:1, ABŞ-Hindistan 3:1, Yunanıstan-Rusiya 2,5:1,5, Braziliya-Misir 2,5:1,5, Ermənistan-İsrail 2,5:1,5. İki turdan sonra Azərbaycan və ABŞ hərəyə 4 xal, İsrail, Rusiya, Hindistan, Yunanıstan, Braziliya, Ermənistan 2 xal, Türkiyə və Misir hərəyə 0 xal toplayıblar.
İtaliyanın Redjio-nel-Emilio şəhərində isə FİDE-nin XV kateqoriyasına aid olan 52-ci beynəlxalq şahmat turniri başa çatıb. Azərbaycan təmsilçisi, beynəlxalq qrossmeyster Eltac Səfərli (2592) yekunda 4 xal toplayaraq, turnirdə 6-8-ci yeri bölüşüb. Turnirin qalibi adını isə 6,5 xalla ABŞ şahmatçısı Qata Kamski qazanıb.
Bu gün isə İspaniyanın Sevilya şəhərində 35-ci beynəlxalq şahmat turniri başlanacaq. İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycanı beynəlxalq qrossmeyster Azər Mirzəyev təmsil edəcək. Turnirdə 19-u qrossmeyster olmaqla, 209 şahmatçı mübarizə aparacaq. Yarışa yanvarın 16-da yekun vurulacaq.

Paylaş:
Baxılıb: 1199 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30