Cocuq Mərcanlıda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib
17.04.2019 [09:53]
AFFA-nın və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 16-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə AFFA-nin 1-ci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı İlham Əliyev, Cəbrayıl rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Məstəliyev iştirak ediblər.
Tədbirdə layihənin rəhbəri, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, millət vəkili İlham Əliyev və rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Məstəliyev çıxış ediblər. Çıxışçılar öncə 2016-cı ilin Aprel döyüşlərində ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin azad edilməsinin, Cocuq Mərcanlıda yeni həyatın başlanmasının böyük əhəmiyyətindən danışıblar.
Natiqlər həmçinin “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin əhəmiyyətini qeyd edərək bildiriblər ki, 2003-cü ildən başlayaraq UEFA-nın razılığı ilə AFFA-nın, Uşaq və Gənclər Futbol Federasiyasıının və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə respublikamızda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi həyata keçirilir. 7-12 yaşlı oğlan və qızların iştirakını nəzərdə tutan bu layihənin əsas məqsədi uşaq futbolunun inkişafına köməklik göstərmək, uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və respublikamız hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.
Sonra uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar futbol bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Milli Məclisin deputatları Rauf Əliyev və İlham Əliyev həmçinin kənd sakinləri üçün yaradılmış şəraitlə tanış olmaq məqsədi ilə kənd icra nümayəndəsi ilə görüşərək sakinlərin yaşayış şəraiti və məşğulluğu haqqında məlumat alıblar. Daha sonra millət vəkilləri kənd məktəbində, uşaq bağçasında, tibb məntəqəsində yaradılmış şəraitlə tanış olublar. Kəndin gəncləri ilə keçirilən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən kənddə yaşamaq üçün lazım olan bütün infrastruktur yaradılıb. Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcıdır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, müdrik siyasət nəticəsində tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq və bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

