Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Karate-do üzrə turnir keçirilib

Karate-do üzrə turnir keçirilib

13.11.2009 [09:48]

Ordubad rayonunda “Narkomaniyaya yox deyək, həmişə sağlam olaq” devizi altında karate-do üzrə turnir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkilatçılığı ilə keçirilən turniri sözügedən nazirliyin əməkdaşı Malik Hacıyev açaraq, Muxtar Respublikada narkomaniya əleyhinə görülən işlərdən danışıb, gənclərin bu ümumbəşəri bəladan uzaq durmasında idman tədbirlərinin kütləviləşdirilməsinin vacibliyini qeyd edib.
Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov, rayon Gənclər və idman idarəsinin rəisi Rafiq Bayramov narkomaniyanın insan orqanizminə vurduğu zərərlərdən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən aldığımız məlumata görə, turnirdə 4 yaş qrupu üzrə 70-ə yaxın karateçi qüvvəsini sınayıb.
Maraqlı idman mübarizəsi şəraitində keçirilən turnirdə 8-9 yaş qrupunda Şamxal İsmayılov (Naxçıvan), 10-11 yaş qrupunda Coşqun Əmirli (Ordubad), 12-13 yaş qrupunda Akif Kərimov (Budokan İdman Klubu), 14-15 yaş qrupunda Həsən Kərimov (Budokan İdman Klubu) birinci yerlərə layiq görülüblər.
Komanda hesabında Ordubad komandası birinci, Budokan İdman Klubu ikinci, Naxçıvan komandası üçüncü olub. Sonda qalib idmançılara və komandalara Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının diplomları verilib.

Paylaş:
Baxılıb: 1730 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30