Azərbaycan Olimpiya oyunlarını keçirmək üçün yenidən namizədliyini irəli sürəcək
09.10.2009 [09:35]
Gənclər və idman naziri Azad Rəhimov Sloveniyanın məşhur qəzetlərindən biri olan “Delo” nəşrinə müsahibə verib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, dəfələrlə Slovenyada olduğunu, bu ölkəni çox bəyəndiyini bildirən nazir, hətta Pekin Olimpiya oyunları zamanı idmançılarımızın bir sıra geyimlərinin Sloveniyanın məşhur “Mura” şirkətinə həvalə edildiyini də diqqətə çatdırıb.
Müsahibə zamanı ilk olaraq bir neçə gün bundan öncə nazir Azad Rəhimovun Danimarka səfərinə və 2016-cı il Olimpiya oyunlarının Brazilyada keçirilməsinə toxunulub. Nazir artıq dəfələrlə Olimpiya oyunlarının Şimali Amerika, Avropada keçirilməsinə baxmayaraq, Latın Amerikası ölkəsində bu yarışların ilk dəfə gerçəkləşəcəyini, bunun üçün çox sevindiyini, hətta Brazilyaya səs verdiyini də bildirib. Eyni zamanda nazir, 2016-cı il Olimpiya oyunlarına Bakının da namizəd şəhər olduğunu və ilkin mərhələdə iştirak etdiyini söyləyib. Azad Rəhimov qeyd edib ki, Azərbaycan hökuməti sözün əsl mənasında böyük əmək sərf edib: “Görülən işlərin hər biri idmanın inkişafına yönəlib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, idman sahəsində gedən inkişaf 2020-ci ildə Azərbaycana yenidən öz namizədliyini irəli sürmək imkanı yaradacaq”.
İdman uğurlarından söz açan nazir 1996-cı ildə Atlantada keçirilmiş Olimpiya oyunlarında Azərbaycan idmançılarının 1 gümüş, 2000-ci ildə Sidneydə 3 medal (1 qızıl və 2 bürünc), 2004-cü ildə Afinada 5 medal (1 qızıl və 4 bürünc) və 2008-ci ildə Pekində keçirilmiş Olimpiya oyunlarında 7 medal (1 qızıl, 2 gümüş və 4 bürünc) əldə etdiklərini bildirib: “1999-2003-cü illər ərzində ümumilikdə idman növləri üzrə 862 medal qazanılıb ki, onlardan 264-ü olimpiya idman növlərinin, 598-i isə qeyri-olimpiya növlərinin payına düşür. 2004-2008-ci illərdə isə ümumilikdə 1693 medal qazanılıb ki, onlardan da 629-u olimpiya idman növlərinə, 1064-ü isə qeyri-olimpiya idman növlərinə aiddir. Son 5 il ərzində qazanılan ümumi medalların sayı 2 dəfə, olimpiya idman növləri üzrə isə 2,3 dəfə artıb”.
Nazir son 5 ildə idman sahəsində 105 beynəlxalq səviyyəli tədbirin də təşkil olunduğunu bildirib. Olimpiya kompleksləri haqda da geniş məlumat verən nazir artıq 21 Olimpiya Kompleksinin istifadəyə verildiyini, 15-nin də növbəti il hazır olacağını diqqətə çatdırıb.
İdman sahəsindəki son uğurlar haqda məlumat verən nazir atletika, avarçəkmə, ağır atletika, bədii gimnastika, cüdo və digər idman növlərinin adlarını qeyd edib.
Azərbaycanda hansı idman növünün daha da populyar olmasına gəlincə, nazir bu sırada güləş, taekvando, cüdo, gimnastika və s. idman növlərinin adlarını çəkib.
Azad Rəhimov son zamanlar futbolda böyük inkişaf getdiyini də qeyd edib. O bildirib ki, dövlət qayğısı olmadan idman sahəsində nailiyyət əldə etmək çox çətin olur. Futbol Federasiyası da daim dövlətlə sıx işləməli, futbol məktəblərinin, futbol akademiyalarının sayı artmalıdır. Nazir, eyni zamanda gənc futbol qruplarının da sayının artmalı olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

