Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Cüdo yığmamız dünya birinciliyində iştirak edəcək

Cüdo yığmamız dünya birinciliyində iştirak edəcək

01.10.2009 [10:43]

Beynəlxalq Cüdo Federasiyası oktyabrın 22-dən 25-dək Parisdə keçiriləcək gənclər arasında Dünya çempionatının hakimlərinin siyahısını açıqlayıb. Xatırladaq ki, Parisdə yarışlar eksperimental qaydalar üzrə keçiriləcək. Qurşaqdan aşağı tutmaqla hücumlar qadağan ediləcək, cüdoçuların qarşılaşmasını tatami üzərində yalnız bir hakim idarə edəcək. Hakimə mübahisəli anları izləməyə imkan verən iki videokamera kömək edəcək. Xüsusi radio rabitəsi qarşılaşmanın gedişində hakimin hərəkətlərinin tatami komissarı tərəfindən istiqamətləndirilməsinə imkan yaradacaq.
Fransa paytaxtında gənc cüdoçuların qarşılaşmasını dünyanın beş qitəsindən 17 hakim idarə edəcək. Təəssüf ki, Azərbaycan Paris çempionatında hakimlər korpusunda təmsil olunmayacaq.
Qarşıdakı Dünya çempionatında Azərbaycan yığma komandasının tərkibinə 10 cüdoçu daxil edilib. Komandamızı Fransada keçiriləcək Dünya çempionatına yığmamızın məşqçiləri Fərhad Məmmədov və Azər Şıxəliyev aparacaqlar. Zuğulbada keçirilən təlim-məşq toplantısının nəticələrinə görə, Azərbaycan yığma komandasının yekun heyəti müəyyən ediləcək.

Paylaş:
Baxılıb: 1173 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30