Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
21.04.2018 [10:23]
Aprelin 20-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzinin açılışı olub. Mərkəzin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər.
AZƏRTAC xəbər verir ki, Kartinq Mərkəzinin açılışında gənclər və idman naziri vəzifəsini icra edən Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini icra edən, general-leytenant Mədət Quliyev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev və digər şəxslər iştirak ediblər.
Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə marağı artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır.
Bakı Şəhər Kartinq Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnarə Əliyeva mərkəzin ölkəmizdə avtoidman mədəniyyətinin inkişafında əvəzsiz xidmət göstərəcəyini bildirib: “Artıq üç ildir ki, ölkəmizdə avtoidmanın ən nüfuzlu yarışı olan Formula 1 Qran-Prisi keçirilir. Bu yarışlar sayəsində ölkə ictimaiyyəti, xüsusən də gənclər arasında avtoidmana böyük maraq yaranıb. Biz Kartinq Mərkəzini ərsəyə gətirməklə çalışırıq ki, avtoidmana maraq göstərən gənclərimiz bu imkanlardan yararlanaraq Formula 1-də yarışan pilotlar səviyyəsində özlərini yetişdirə bilsinlər. İnanırıq ki, çox yaxın gələcəkdə bu mərkəz ölkəmizə beynəlxalq avtoidman yarışlarında mübarizə aparan peşəkar pilotlar qazandıracaq”.
Azərbaycan Qran-Prisinin keçirilməsinə on gün qalmış belə mötəbər Mərkəzin istifadəyə verilməsini yüksək qiymətləndirən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai diqqətə çatdırıb ki, məşhur pilotların yetişməsi üçün kartinq vacib başlanğıcdır. Avtoidman həvəskarları və Formula 1 azarkeşləri bu günün önəmini yaxşı başa düşürlər. Gələcəyin pilotlarının yetişməsi üçün ölkəmizdə artıq əlverişli şərait var. Dövlət tərəfindən ölkəmizdə avtoidmanın inkişafına xüsusi diqqət ayrılır.
Formula 1 yarışlarının başlanmasına az vaxt qaldığını, hazırlığın plana uyğun getdiyini deyən Nigar Arpadarai ölkəmizin növbəti möhtəşəm Qran-Priyə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini vurğulayıb.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi idmanın da inkişaf etdiyini vurğulayan AAF-ın nümayəndəsi Anar Şükürov deyib: “Respublikamızda idman infrastrukturu gücləndirilir və idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Təbii ki, bu uğurlar avtomobil idmanından da yan keçmir. İdmanın bu növü son illər özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz bir sıra beynəlxalq turnirlərə ev sahibliyi edib. Belə ki, paytaxtımızda FIA GT Series, Formula 3 və Formula 2 yarışları uğurla təşkil olunub. Azərbaycanın belə mötəbər turnirlərə ev sahibliyi etməsi idmançılarımızı da həvəsləndirir. Gənc idmançılarımız Azərbaycanı xaricdə təmsil edir və uğurlar qazanırlar. Bunların fonunda yeni idman infrastrukturunun yaradılması sevindirici haldır”.
Bildirib ki, AAF yalnız idmanda deyil, mobillik, yol hərəkəti təhlükəsizliyi sahəsində də fəaliyyət göstərir. AAF bu fəaliyyət çərçivəsində Beynəlxalq Avtomobil Federasiyası ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq bir sıra beynəlxalq layihələri əhatə edib. Bunlardan “3500 həyat”, “Uşaqların həyatını xilas edək!” və “Telefonu kənara qoy!” layihələrini misal göstərmək olar.
Mərkəzin ölkəmizdə avtomobil idmanının inkişafına töhfə verəcəyini bildirən Anar Şükürov infrastrukturun idmançılarımızın inkişafına zəmin yaradacağını və yarışların təşkili ilə bağlı yerli kadrların hazırlanmasına geniş imkanlar açacağını vurğulayıb.
Bakı Şəhər Kartinq Mərkəzində istifadə olunan kartinq maşınları (kart) Fransanın “SODİ KARTS” şirkəti tərəfindən istehsal edilib. Bu kartlar texniki göstəriciləri, rahatlığı, müasir tərtibatı və ən əsası təhlükəsizliyi baxımından digərlərindən fərqlənir.
Kartinq yolunda eyni anda 24 kartın hərəkəti mümkündür. Təhlükəsizliyi təmin etmək məqsədilə kartinq yolunun kənarı keyfiyyətli baryerlərlə əhatə olunub. Bu baryerlərin içərisinə doldurulmuş rezin hissəciklər və kənarına çəkilmiş xüsusi lent zərbənin təsirini azaltmaqla yanaşı, həm də onun bütün baryer boyunca bərabər paylanmasını təmin edir. Bundan başqa, sürücülərə xüsusi dəbilqələr və od keçirməyən kombinezonlar da verilir.
Mərkəz hazırda ölkəmizdə ən böyük kartinqdir. Uzunluğu 802 metr olan trek 22 döngədən ibarətdir. Trasın ən uzun və düz hissəsi 69 metrdir.
Tamaşaçıların yarışı rahat izləmələri üçün xüsusi izləmə zonasının və kafenin də olduğu mərkəzdə qonaqlara yaşına uyğun maşınlar təqdim olunur. Kartları idarə etməyi yeni öyrənənlər isə ikinəfərlik maşınlardan istifadə edə bilərlər.
Ümumiyyətlə, Mərkəz gənclər arasında mütəmadi olaraq yarışlar keçirməyi planlaşdırır. Bu yarışlarda yeni sürücülərlə yanaşı, peşəkarlar da iştirak edə biləcəklər. Yerli kadrların hazırlanması məqsədilə gələcəkdə azyaşlılar üçün peşəkar pilot kurslarının təşkili nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

