Azərbaycanda ilk dəfə 10 Aprel – Ədalətli İdman Günü qeyd olunub
11.04.2018 [11:16]
Azərbaycanda ilk dəfə 10 Aprel - Ədalətli İdman Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda keçirilən tədbirdə Ədalətli İdman Günündən bəhs edən videoçarx nümayiş olunub.
AMADA-nın direktoru Şəfəq Hüseynli idmanda bərabərliyin qorunmasının vacibliyini, ədalətli qələbənin və “təmiz idman”ın əhəmiyyətini yüksək qiymətləndirib. AMADA-nın fəaliyyəti haqqında məlumat verən Ş.Hüseynli istifadəsi qadağan olunmuş preparatlardan istifadəyə qarşı görülən işlər, idmançıların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələr və perspektivlər haqqında məlumat verib.
AMADA-nın fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev deyib ki, artıq neçə illərdir ölkəmiz Ədalətli Oyunlar Hərəkatının fəal üzvüdür. İdmançılarımız beynəlxalq arenada uğurla çıxış edərək qələbələri ilə xalqımızı sevindirirlər. Ədalət prinsipi idmanda ən önəmli amildir. Bundan əlavə, rəqibə hörmətlə yanaşmaq və bərabər şəraitdə idman yarışları Ədalətli İdman Hərəkatının bir parçasıdır.
Sonra AMADA-nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Müxtəlif idman növləri üzrə qeyri-bərabər şəraitdə yarışların əyani nümayişindən sonra MOK-un baş katibinin müavini Azər Əliyev, Olimpiya çempionları Zemfira Meftahətdinova, Fərid Mansurov, Namiq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder və digərləri ədalətli idman prinsiplərinin vacibliyi, istifadəsi qadağan olunmuş preparatların qəbulunun idmançıların karyerasındakı zərərləri barədə danışıb və bütün atletləri “təmiz idman”a səsləyiblər.
Sonda idman ictimaiyyətinin nümayəndələri və tanınmış idmançılar Ədalətli İdman Günü ilə əlaqədar hazırlanmış müxtəlif şüarlarla şəkillər çəkdiriblər.
Beynəlxalq Antidopinq Agentliyi (WADA) 10 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən WADA-nın təhsil konfransında ədalətli idman təşəbbüsü irəli sürülüb. Cənubi Amerika ölkələrinin təşəbbüsünə daha sonra Avropa, ardınca isə bütün dünya ölkələri qoşulub. Hər il bu təşəbbüsə müxtəlif ölkələr qoşularaq silsilə tədbirlərə ev sahibliyi edirlər. Bu isə hərəkatın qloballaşmasına imkan yaradır. Hərəkatın sıralarının genişlənməsi dünyada “təmiz idmançılar”ın sayının artmasına, atletlərə rəqibə ədalətlə yanaşmaq və təmiz qələbə hisslərini aşılamağa böyük töhfə verir.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49

