Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Qarabağ" tarix yazdı!

"Qarabağ" tarix yazdı!

07.08.2009 [02:34]

Dünən “Qarabağ” klubu Avropa Liqasında növbəti dəfə sınaqdan keçib. Ağdam təmsilçisi bu turnirin üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində T.Bəhrəmov adına Respublika stadionunda Finlandiyanın “Honka” klubunu qəbul edib. Oyuna daha fəal başlayan tərəf “Honka” klubunun futbolçuları idi. İlk 10 dəqiqə ərzində komandamız öz oyununu qura bilmirdi. İlk yarının 20-ci dəqiqəsindən sonra finlərin aramsız hücumları və künc zərbələri seriyası yaşandı. Dalbadal yerinə yetirilən hücumların biri qapımıza qolla nəticələnsə də, hakim qolu qeydə almadı. Bundan sonra özünə gələn komandamız yavaş-yavaş oyunda nəzarəti ələ almağa başladı və bu 30-cu dəqiqədə məntiqi nəticəsini verdi. İlk oyunda olduğu kimi, bu dəfə də Elvin Məmmədov gözəl zərbə ilə topu rəqib qapısından keçirdi. Amma təəssüf ki, komandamızın sevinci cəmi 2 dəqiqə çəkdi. Komanda yoldaşından ötürmə alan Koskinen hesabı bərabərləşdirdi.
İkinci hissədə isə təzyiqi bir qədər də artıran “Qarabağ” Rəşad Sadıqun ifasında daha bir qol vuraraq (2:1) növbəti möhtəşəm qələbəyə imza atdı. Beləliklə, Ağdam klubu 4-cü mərhələyə adlayaraq mübarizəni davam etdirmək hüququ qazandı.

Paylaş:
Baxılıb: 1255 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30