/ / Heydər Əliyev Mərkəzi təqdim edir: klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirlərinin proqramı açıqlandı
Heydər Əliyev Mərkəzi təqdim edir: klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirlərinin proqramı açıqlandı
25.08.2017 [10:16]
Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox klassik avtomobil iştirak edəcək. Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələridir.
Yürüş avqustun 26-da saat 16.00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Klassik avtomobillər Heydər Əliyev Mərkəzi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Vaqif prospekti - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Akademik Lev Landau küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Mehdi Hüseyn küçəsi - Teymur Elçin küçəsi - Mixail Lermontov küçəsi - Niyazi küçəsi - Azneft meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti -Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edəcək və sonda Mərkəzin parkında sərgilənəcək.
Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 26-da saat 15.30-da Mərkəzin qarşısında olmalıdırlar.
Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunacaq.
“Küləyin rəqsi” Beynəlxalq Çərpələng Festivalı
“Küləyin rəqsi” Beynəlxalq Çərpələng Festivalı Bakıda ilk dəfə olaraq keçiriləcək. Layihədə Azərbaycan, Latviya, Monqolustan, Ukrayna, Litva, Danimarka və Finlandiyadan olan 10 rəssam iştirak edəcək.
Fırça ustalarının müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng “küləklər şəhəri” Bakının səmasını bəzəyəcək və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edəcək.
Saat 18.00-da başlayacaq festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçuracaqlar.
Əyləncə proqramları
Saat 17.00-dan başlayaraq Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunacaq.
* “Sevimli Bala” uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacaları şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar gözləyir.
* “The Entertainer” oyuncaq mağazasının iştirakı ilə hazırlanan əyləncə zonasında isə futbol, basketbol və digər oyun meydançaları qurulacaq. Burada uşaqlar, həmçinin masaüstü oyunlarda iştirak edə biləcəklər.
* “Bolşoy Prazdnik” şirkətinin əyləncə zonasında balacalar sehrbazın fokus və illüziyalarını, müxtəlif şouları izləyəcəklər.
Uşaqlar Mərkəzin parkında, həmçinin müxtəlif nağıl personajları ilə şənlənə, üzlərini arzu etdikləri rəsmlərlə boyatdıra, eləcə də karikaturalarını çəkdirə biləcəklər.
* Bu əyləncə növləri ilə yanaşı, saat 18.00-dan saat 20.00-dək “Azəri inciləri” qrupu və balaca ifaçı Nuray Rəhmanovanın konserti olacaq.
Röya və Miri Yusifin konserti
Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında Əməkdar artist Röya Ayxan və Miri Yusifin konserti keçiriləcək. Saat 20.00-da başlayacaq konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim edəcəklər.
Heydər Əliyev Mərkəzinin parkındakı tədbirlərə giriş sərbəstdir. Yalnız klassik avtomobil yürüşündə əvvəlcədən qeydiyyatdan keçənlər iştirak edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

