Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İki güləşçimiz erməni rəqibini məğlub etdi

İki güləşçimiz erməni rəqibini məğlub etdi

23.07.2009 [09:30]

Serbiyanın Zrenyanin şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa birinciliyinə start verilib. Yeniyetmə sərbəst güləşçilərimiz ilk yarış günündə 2 medal qazanıblar. 10 çəki dərəcəsi üzrə keçirilən Avropa birinciliyinin ilk günündə 5 idmançımız mübarizə aparıb. 85 kq çəki dərəcəsində çıxış edən Azərbaycan çempionu Elcan Usubzadə ilk görüşdə türkiyəli Kərim özbayı (2-0, 3-0), növbəti qarşılaşmada gürcüstanlı Levan Qoqritçianini (1-0, 5-0) məğlub etməklə 1/4 finala çıxıb. Avropa birinciliyinin bu mərhələsində idmançımızın rəqibi Ermənistan güləşçisi Vahe Tamrazyan olub. O da Elcanın qarşısında duruş gətirə bilməyib. Finala çıxış uğrunda yeniyetmə pəhləvanımız polşalı Robert Baran üzərində qələbə qazanıb. Avropa çempionu adı uğrunda isə Elcan rusiyalı Məhəmmədhacı Xatiyevə uduzub və qitə birinciliyinin gümüş medalını qazanıb. 69 kq çəki dərəcəsində yarışan Kazım Abbasov isə ilk qarşılaşmada türkiyəli Abdulkadir özmene uduzsa da, rəqibin finaladək irəliləməsi idmançımızın təsəlliverici görüşlərdə iştirakına şərait yaradıb. İlk qarşılaşmada almaniyalı Mark Pohlmanı məğlub edən Kazım bürünc medal uğrunda Ermənistan güləşçisi David Apoyanla üz-üzə gəlib. Qarışlaşmanın 1-ci hissəsində təmsilçimiz uduzsa da, sonrakı hissələrdə böyük hesabla qalib gəlməklə (0-2, 6-0, 6-1) qitə birinciliyini bürünc medalla başa vurub. Digər idmançılarımıza gəlincə, 58 kq-da Nurlan Hacıyev 5-ci, 50 kq-da Fərrux Ələkbərov 7-ci, 42 kq-da Mircəlal Həsənzadə isə 10-cu yeri tutub.

Paylaş:
Baxılıb: 1599 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30