Azad Rəhimov: Medal sıralamasında ilk iki yeri Türkiyə və Azərbaycan bölüşür
18.05.2017 [09:52]
Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edir. Oyunlara maraq çox böyükdür. Arenalarda yarışları yüzlərlə tamaşaçı izləyir. Milli komandamız yüksək nailiyyət əldə edərək 41 qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mayın 17-də Oyunlarla bağlı keçirilən mətbuat konfransında deyib.
İslamiadanın beşinci günündə komandamızın artıq 81 medala sahib olduğunu bildirən Azad Rəhimov daha 27 ölkənin medal qazandığını diqqətə çatdırıb. Oyunlarda gərgin mübarizənin aparıldığını söyləyən gənclər və idman naziri atletlərə artıq 131 medal dəstinin təqdim edildiyini vurğulayaraq deyib: “Medal sıralamasında ilk iki yeri Türkiyə və Azərbaycan bölüşür. Müxtəlif idman növlərində yarışlar davam edir. Yeddi boksçumuz artıq yarımfinaldadır. Bu, əlavə 7 medal deməkdir. Voleybol üzrə kişilərdən ibarət yığma komandamız Türkmənistan ilə qarşılaşır. Taekvandoda 4 idmançi mübarizə aparacaq. Bu gündən yunan-Roma güləşi üzrə yarışlar başlayır və dörd idmançımız mübarizəyə qoşulub. Ağır atletikada isə iki idmançımız çıxış edir”.
Yerli və əcnəbi tamaşaçıların möhtəşəm açılış mərasiminə heyran qaldıqlarını söyləyən Azad Rəhimov məhz bu mərasim ilə bağlı dünya mediasında çoxlu sayda məqalələrin yerləşdirildiyini vurğulayıb: “İtaliyanın, eləcə də digər ölkələrin mətbuatında açılış mərasimi ilə bağlı silsilə məqalələr dərc edilib. Açılış mərasimi həqiqətən də İslam mədəniyyətinin, elminin təntənəsi idi. Gözəl şou hər kəsi heyran etdi. Oyunların gedişi, yüksək ab-hava, zallarda olan gözəllik, idmançıların əhval-ruhiyyəsi daha böyük nailiyyətlər əldə edəcəyimizdən xəbər verir”.
IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Anastasiya İbrahimli ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycan bayrağını doğma divarlar arasında qaldırmağın unudulmaz hiss olduğunu deyən A.İbrahimli bütün azarkeşlərə, idmansevərlərə təşəkkür edərək bildirib: “Tamaşaçıların dəstəyi mənə əlavə stimul verdi. Məşqçilərimə hədsiz minnətdaram. Biz çətinlikləri ram etdik. Digər mükafatçıları təbrik edir, qarşıdakı yarışlarda idmançılarımıza qızıl medallar arzulayıram. Oyunlarda çıxış etmək bizim üçün şərəfdir. Bu yarışlar mənim üçün çox əhəmiyyətli oldu. İslam Həmrəyliyi Oyunlarının qalibi olduğum üçün çox sevinirəm”.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10

