“Bakı-2017”nin azərbaycanlı mükafatçılarının şərəfinə “Zəfər günləri” keçirilib
16.05.2017 [09:34]
Mayın 14-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə bu mötəbər yarışda qalib gələn və mükafatçılar sırasına düşən azərbaycanlı idmançıların şərəfinə “Zəfər günləri” adlı silsilə xarakterli ilk xüsusi tədbirini keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Bakı-2017”nin birinci günündə medal qazanan Azərbaycan idmançıları, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, atletlərin yaxınları iştirak ediblər.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, mayın 12-də paytaxtımızda start götürən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları İslam dünyası üçün böyük önəm kəsb edir. Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, əvvəlki oyunlardan fərqli olaraq, “Bakı-2017”də 50-dən çox İslam dövlətinin idmançıları iştirak edir. Komandamız mötəbər idman yarışının birinci günündə 22 medal qazanıb. Medallardan 10-u qızıl, 9-u gümüş, 3-ü isə bürüncdür.
Yığma komandamıza ilk qızıl medalı atıcılıq yarışında çıxış edən Ruslan Lunyovun qazandırdığını qeyd edən Ç.Hüseynzadə bildirib ki, hələlik ən çox qızıl medala cüdoçularımız sahib çıxıb. Azərbaycan cüdoçuları yarışın birinci günündə 6 qızıl, 7 gümüş medal qazanıblar.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək qalibləri təbrik edib, bu uğurların davamlı olmasını arzulayıb.
Mükafatlandırılan atletlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, eləcə də oyunların yüksək səviyyədə təşkilinə görə birinci xanım, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. İdmançılar qələbələrini Azərbaycana həsr etdirdiklərini vurğulayıb, ölkəmizin bayrağını daim yüksəklərdə dalğalandırmaq üçün var gücləri ilə çalışacaqlarını diqqətə çatdırıblar.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

