Paracüdoçularımız İslamiadanın ikinci gününü 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurublar
16.05.2017 [09:19]
Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışının ikinci günündə atletlərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər. AZƏRTAC xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Elçin Talıbov finalda digər təmsilçimiz Bayram Mustafayevi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu çəki dərəcəsində üçüncü yeri Türkiyə təmsilçisi Recep Çiftçi tutub.
Yarışda 73 kiloqramda çıxış edən”Rio-2016” XV Yay Paralimpiya Oyunlarının çempionu Ramil Qasımov həlledici qarşılaşmada özbəkistanlı Feruz Sayidov üzərində inamlı qələbə qazanaraq qızıl medal əldə edib.
90 kiloqram çəki dərəcəsində bürünc medal uğrunda görüşdə idmançılarımız Rövşən Səfərov ilə Tofiq Məmmədov qarşılaşıblar. Rəqibindən aşkar üstün olan Rövşən Səfərov ipponla qalib gələrək “Bakı-2017”ni üçüncü yerdə başa vurub. Bu çəki dərəcəsində çempion adına finalda iranlı Mohammad Ali Şananini məğlubiyyətə uğradan Özbəkistan idmançısı Şuxrat Boboyev layiq görülüb.
Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində təmsilçimiz Kənan Abdullaxanlı qızıl medal uğrunda görüşdə Özbəkistan idmançısı Şirin Şapirovla dueldən məğlub ayrılıb və Oyunların gümüş medalı ilə kifayətlənib. Həmin çəkidə mübarizə aparan digər təmsilçimiz - ikiqat Olimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev (+100 kq) üçüncü yeri tutub. Bürünc medal uğrunda təmsilçimiz türkiyəli Dursan Hayranı mübarizədən kənarlaşdırıb.
Qalib idmançılara medalları Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend və nişanlar üzrə direktoru Daniel Tomlinson təqdim ediblər. Beləliklə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında idmançılarımız ümumilikdə 24 medal - 10 qızıl, 11 gümüş və 3 bürünc qazanıblar.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43

