Azərbaycan idmançısı ermənini nokauta saldı
04.07.2009 [11:45]
İyun ayının 21-dən 28-dək İspaniyanın Madrid şəhərində keçirilən “Kıckboxıng” üzrə Dünya çempionatında 26 ölkənin idmançıları iştirak edib. ölkəmizi bu mötəbər turnirdə 35 idmançı ilə təmsil edən milli komandamız yüksək peşəkarlıq və əzmkarlıq göstərərək ümumi hesabda II yerə çıxıb. I yerə İspaniya, III yerə isə Rusiya idmançıları layıq görülüb. Müxtəlif növlər üzrə keçirilən yarışlarda komandamız 16 qızıl, 14 gümüş və 19 bürünc medal qazanıb.
Milli komandamızın belə yüksək nailiyyətlər qazanmasında xüsusi xidmətləri olan idmançılardan biri də Ramil Həsənovdur. 14 yaşlı idmançımız layt kontakt yunior (+55) yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülməklə İspaniyada dövlət himnimizi səsləndirib. Semi kontakt yunior (-55) növü üzrə keçirilən yarışda isə Ramil gümüş medal qazanıb. Onu da qeyd etmək istərdik ki, Ramil rəqiblərindən biri olan erməni idmançısı üzərində inamlı qələbə qazanaraq ona sarsıdıcı zərbələr endirərək nokauta salıb. Keçirdiyi yarışlar barədə danışaraq qeyd etdi, onun idmanla peşəkar səviyyədə məşğul olmasına təkan verən ümummilli liderimiz Heydər Əliyevin “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” müdrik kəlamı olub: “Bu müdrik fikrin mahiyyətini dərk edəndən sonra müstəqil respublikamıza ləyaqətlə xidmət etmək üçün öz üzərimdə daha çox çalışmağa başladım. Məşqçilərimizin bütün tapşırıqlarına layiqincə əməl etməklə yanaşı, fərdi qayda da məşq edirdim. Azərbaycan çempionatında birinci yeri tutanda qələbənin sevincini o qədər də hiss etmirdim. çünki məqsədim beynəlxalq səviyyəli yarışlarda qalib gələrək bayrağımızın dalğalanmasını və himnimizin səslənməsini görmək və bu xoşbəxtliyi hiss etmək idi. Dünya çempionatında rəqiblərimdən birinin erməni olması isə döyüş əzmimi daha da artırdı. Bütün qüvvəmi qələbə naminə birləşdirmişdim. Həmin yarış başqalarından tamamilə fərqləndi. Azarkeşlərin də dəstəyi böyük idi. Bu səbəbdən də ilk andan rəqibə aman vermədim və onu nokauta salaraq məğlub etdim”.
R.Həsənov deyib ki, final qarşılaşması da çətin olub: “Budəfəki rəqibim daha güclü idi. 13 dəfə Ukrayna çempionu olan rəqibim haqqında eşitmişdim, fiziki və taktiki cəhətdən güclü olduğunu bilirdim. Lakin buna baxmayaraq, qələbə əzmi ilə meydana çıxaraq son ana qədər mübarizə apardım. Rəqibimin məndən ehtiyat etdiyini bilən kimi aramsız hücumlara keçərək məqsədimə nail oldum. Qələbə sevincini yaşamaq mənə də qismət oldu. Ali mükafatı almaq üçün üçrəngli bayrağımıza bürünərək meydana daxil olanda hansı hisslər keçirdiyimi indi də təsəvvür edə bilmirəm. Bütün bunlara görə məşqçilərimə dərin minnətdarlığımı bildirirəm. Komanda hesabında II yerə çıxmağımız da böyük hadisə oldu. Qazandığım qələbələri xalqımıza ərməğan edərək ona daha böyük uğurlar bəxş etməyə çalışacağam. çünki vətənimizin beynəlxalq aləmdə yetərincə tanınmasında bir idmançı kimi üzərimə düşən məsuliyyəti yaxşı dərk edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

