Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Avarçəkənlərimiz Avropa Çempionatında iştirak edəcək

Avarçəkənlərimiz Avropa Çempionatında iştirak edəcək

19.06.2009 [11:17]

İyunun 25-də Almaniyanın Brandenburq şəhərində start götürəcək böyüklər arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti xəbər verir ki, nüfuzlu yarışda ölkəmizi 4 idmançı təmsil edəcək. Kanoeçilərin mübarizəsində Valentin Demyanenko 1 nəfərlik, Sergey Bezuqlıy - Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqda çıxış edəcəklər. Demyanenko 200 metr və 500 metr, Bezuqlıy-Prokopenko cütlüyü isə 500 metr və 1000 metr məsafələrə yürüşlərə qatılacaq. Hazırda kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında Polşada təlim-məşq toplantısında olan kanoeçilərimiz iyunun 23-də Brandenburqa yollanacaqlar.
Kayakçıların mübarizəsində isə yalnız Ramil Məmmədov qüvvəsini sınayacaq. R.Məmmədov qitə çempionatına kayak üzrə yeniyetmə və gənclərdən ibarət yığmamızın almaniyalı baş məşqçisi Yohan Tsülkenin rəhbərliyi altında Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində hazırlaşıb.
Avropa çempionatına iyunun 28-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 1745 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30