Hüsnan Bəy Fanani: Azərbaycan pencak-silatın inkişafına görə Avropada birinci yerdədir
18.01.2017 [09:51]
Pencak-silat İndoneziyada özünümüdafiə sənəti adlanır. İdmanın digər növləri ilə müqayisədə pencak-silat özündə incəsənəti birləşdirir, həmçinin ilahiyyatı əks etdirir. İdmanın bu növü ilə məşğul olmaq istəyən hər bir kəsdə ilk öncə özünəinam hissi yüksək olmalıdır. Hər bir hərəkətin yerinə yetirilməsində Tanrıya zikr etmək əsas amillərdəndir.
Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani AZƏRTAC-a məxsusi açıqlamasında deyib.
Səfir bildirib ki, hazırda pencak-silat dünyada geniş yayılıb. İdmanın bu növündə iman və yaradılışla bağlı elementlər çoxdur. Pencak-silat Azərbaycan üçün yeni idman növü deyil. Artıq on ilə yaxındır ki, burada 35-dək peşəkar məşqçi fəaliyyət göstərir. Həmçinin bu növün on minə yaxın izləyicisi var.
“İndoneziyanın bölgələrində pencak-silat bir-birindən fərqlənir. İndoneziya 800 icmaya malikdir. Hər bir icmanın idmanın bu növü üzrə ayrıca xüsusiyyətləri var. Buna səbəb sahilboyu ərazidə və dağlıq zonada yaşayan insanların ilahi vəhdətinin fərqli olmasıdır. İdmanın bu növü Asiyada daha çox tanınsa da, hazırda bütün dünyanı əhatə edir. Kunq-fu Çinin, cüdo Yaponiyanın milli idman növü olduğu kimi, pencak-silat da İndoneziyanın milli ənənələrini əks etdirir”, - deyə Hüsnan Bəy Fanani əlavə edib.
Səfir deyib: “İndoneziya ilə bağlı hər hansı bir tədbir olduqda biz pencak-silatın təbliği ilə məşğul oluruq. Azərbaycan rəsmiləri ilə görüşüm zamanı idmanın bu növünün Azərbaycan-İndoneziya dostluğunun bir hissəsi olduğunu xatırladıram. Son illər Azərbaycanda idmanın bu növünün inkişafı məni sevindirir. Pencak-silatın cari il Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının proqramına salınması ilə bağlı istəyimi bildirmişəm. Bununla bağlı cavab gözləyirəm. Hətta bu istiqamətdə Azərbaycan və İndoneziya Milli Olimpiya komitələri arasında əlaqə yaratmaqda da rol oynamışam. İdmanın bu növünün inkişafına görə Azərbaycan Avropada birinci yerdədir”.
III İslam Həmrəyliyi Oyunlarının İndoneziyanın Palembanq şəhərində təşkil olunduğunu diqqətə çatdıran səfir deyib ki, İndoneziya Milli Olimpiya Komitəsinin nümayəndələri iki dəfə Azərbaycanda səfərdə olublar. Artıq İndoneziyanın İslam Həmrəyliyi Oyunlarının təşkili sahəsində təcrübəsi var. Görüşlər zamanı müzakirələr aparılıb, indoneziyalı mütəxəssislər təkliflərlə çıxış ediblər. Növbəti belə səfər fevralda təşkil olunacaq.
“Azərbaycan öz inkişafını dünyaya nümayiş etdirmək əzmində olan ölkədir. Son illər Azərbaycan böyük uğurlara imza atıb. 2015-ci ildə ilk Avropa Oyunları, ötən il “Formula-1” Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunub. Qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılıblar. İndoneziyalı qonaqların da Azərbaycan haqqında fikirləri müsbətdir”, - deyə səfir diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

