Bakı Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinə uğurla ev sahibliyi edir
25.11.2016 [09:38]
Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Boulevard Hotel Baku”da təşkil olunan tədbirə 89 ölkədən 200-dən çox nümayəndə qatılıb. Daha 29 ölkə isə səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. Beləliklə, ICF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edəcək.
Proqrama əsasən, tədbirin ilk günündə növbədənkənar konqres keçirilib.
Konqresi açıq elan edən ICF-in prezidenti Xose Perurena Lopez tədbirin təşkilatçılığını yüksək qiymətləndirərək, yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Milli Avarçəkmə Federasiyasına təşəkkürünü bildirib.
Sonra sonuncu Konqresdən ötən müddətdə qurumun dünyasını dəyişən üzvlərinin xatirəsi yad olunub.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov tədbirdə çıxış edərək ölkəmizin bu mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirib. O vurğulayıb ki, yaradılmasının on illiyini qeyd edən AMAF ötən müddətdə kifayət qədər uğurlar qazanıb: “Ötən müddətdə ölkəmizdə idmanın bu növünün inkişafına, nüfuzunun artırılmasına, infrastrukturun yaradılmasına xüsusi diqqət yetirmişik. İdmançılarımız da kifayət qədər uğurlu nəticələr əldə ediblər. 2009-cu ildə ilk yerli avarçəkmə komandamız dünya və Avropa çempionatlarında medal qazanıb. Bu il Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımız bir gümüş və bir bürünc medal əldə ediblər. Ümumilikdə, on il ərzində idmançılarımız beynəlxalq arenada 17 qızıl, 24 gümüş və 13 bürünc medal qazanıblar. Ölkəmizdə idmanın bu növünün inkişafı üçün səmərəli işlər davam etdirilməkdədir”, - deyə E.Zeynalov diqqətə çatdırıb.
ICF-in prezidenti Xose Perurena Lopez Konqresdə qurumun strukturu, habelə təşkilati məsələlərlə bağlı müzakirələrin aparılacağını bildirib. Qeyd edib ki, ICF-in yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra səsvermə keçiriləcək. Habelə nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirələr aparılacaq və səsvermə olacaq.
Konqresin proqramına əsasən, ICF-in prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir. Bundan başqa, ICF-in 2016-2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsinə dair hesabat, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq. Eləcə də federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabatları, həmçinin 2014-2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışlar dinləniləcək. Bununla yanaşı, qarşıdakı iki il üçün ICF-in iş proqramı və büdcəsi müzakirə olunaraq səsə qoyulacaq, növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.
ICF-in Konqresində ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov, icraçı direktor Rövşən Kərimov və texniki direktor Leyla Əliyeva təmsil edirlər.
Tədbirə noyabrın 26-da yekun vurulacaq.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34

