Ceyn Pirs: “Dostluq” ordeni ilə təltif olunmağım mənə böyük sevinc və qürur hissi bəxş etdi
01.07.2015 [10:16]
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirsin fikrincə, AZƏRTAC-ın əməkdaşları birinci Avropa Oyunlarını yüksək peşəkarlıqla işıqlandırıblar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə və birinci Avropa Oyunlarının təşkilində səmərəli fəaliyyətinə görə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin bir qrup əməkdaşı “Dostluq” ordeni ilə təltif edilib.
Bu yüksək mükafata layiq görülənlər arasında “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirs-Makmenamin də var. Xanım Ceyn Pirs bununla bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
- Xanım Pirs, əvvəlcə Sizi Azərbaycanın yüksək dövlət mükafatına layiq görülməyiniz münasibətilə AZƏRTAC-ın kollektivi adından təbrik edirik. Bu hadisə nə dərəcədə gözlənilən idi və Sizə necə təsir bağışladı?
- Təbrikə görə çox sağ olun. “Dostluq” ordeni ilə təltif olunmağım məndə böyük sevinc və qürur hissləri doğurdu. Bu, doğrudan da mənim üçün çox gözlənilməz oldu. Azərbaycanın ali dövlət ordenini almaq çox qürurvericidir. Bu ölkədə yaşamaq və işləmək, yeni gözəl dostlar qazanmaq mənim üçün çox xoş oldu.
- Sabah Azərbaycanı tərk edib vətəninizə qayıdacaqsınız. Ölkəmizlə bağlı təəssüratlarınızı bölüşə bilərsinizmi?
- Əlbəttə, təəssüratlarım çox zəngindir və onları məmnuniyyətlə bölüşərəm.
Biz artıq aylardan bəri yaşadığımız Media Kəndindən, gözəl Bakıdan ayrılaraq ölkələrimizə qayıdırıq. Bu ayrılıq, təbii ki, bir qədər kədərlidir. Ancaq, eyni zamanda, biz özümüzü çox xoşbəxt hesab edirik, çünki bu mötəbər idman bayramı - ilk Avropa Oyunları yüksək səviyyədə keçdi.
Yeddi yüzdən çox yerli media təmsilçisi üçün, düşünürəm ki, lazım olan hər cür şərait yaradılmışdı və onlar öz işlərinin öhdəsindən uğurla gəldilər. Xüsusi qeyd etmək istəyirəm ki, “Bakı-2015”in rəsmi media tərəfdaşı olan AZƏRTAC Oyunları daha yüksək səviyyədə və peşəkarcasına işıqlandırdı.
- Azərbaycan və sıx əməkdaşlıq etdiyiniz AZƏRTAC ilə bağlı hansı unudulmaz xatirələriniz var?
- İnsanların səmimi münasibətini və burada qazandığım dostları heç vaxt unutmayacağam.
Bundan başqa, sizin gənclərinizin, o cümlədən bizimlə birgə çalışan könüllülərin istedadını xüsusi qeyd etmək istəyirəm. Ümid edirəm ki, onlar öz karyeralarında böyük uğurlar qazanacaqlar. Mən özümü Bakıda doğma evimdəki kimi hiss etdim.
AZƏRTAC-a gəlincə, onu demək istəyirəm ki, agentliyiniz öz işini çox peşəkarlıqla qurub. Sizin əməkdaşlar olduqca gərgin işlədilər və üzərilərinə düşən işin öhdəsindən uğurla gəldilər.
- Müsahibəyə və işgüzar əməkdaşlığa görə çox sağ olun.
- Təşəkkür edirəm, sağ olun.
Xəbər lenti
Hamısına baxSiyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33

