Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Nəzirə Rzazadə: İlk Avropa Oyunları Azərbaycanın təbliği və gələcəyi üçün gözəl bir fürsətdir

Nəzirə Rzazadə: İlk Avropa Oyunları Azərbaycanın təbliği və gələcəyi üçün gözəl bir fürsətdir

06.06.2015 [11:01]

“İlk Avropa Oyunları Azərbaycanın təbliği və gələcəyi üçün gözəl bir fürsətdir”. Bunu Yeni Azərbaycan Partiyasının gənc fəalı Nəzirə Rzazadə deyib.
O, ilk Avropa Oyunlarının ölkədə idmanın inkişafına təkan verəcəyini, eyni zamanda, yeni nəsil idmançılarımızın formalaşmasında da mühüm rol oynayacağını vurğulayıb: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizə göstərilən həm böyük etimad, həm də böyük məsuliyyətdir. İyunun 12-dən 28-dək baş tutacaq bu yarışlarda 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Onların hər biri Azərbaycanın mədəniyyəti, tarixi və bugünkü inkişafı ilə yaxından tanış olacaqlar. Bu da ölkəmizin təbliği, eyni zamanda, gələcəkdə turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.
Nəzirə Rzazadə gənclərin ilk Avropa Oyunlarını dəstəklədiklərini, eyni zamanda, onların bu yarışlarda fəal iştirak edəcəklərini də bildirib: “Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin sayı çoxluq təşkil edir. Həmin gənclər hər zaman fəallıqları ilə seçilib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi olaraq biz bu Oyunlarda yaxından iştirak edəcəyik. Yəni, biz bu yarışlarda daha fəal olacaq, ölkəmizə gələn qonaqlara Azərbaycan haqqında lazımi məlumatlar verəcəyik. İnanıram ki, biz gənclər bunun öhdəsindən layiqincə gələcəyik”.
Vüsalə

 
Paylaş:
Baxılıb: 1524 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30